Rabitabank OJSC
Şəbəkə inzibatçısı
Son tarix 23 dek 2023 - [email protected]
Əsas vəzifələr:
- LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
- Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq;
- Router, Switch və Fierwall-ları Bankın təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;
- Şəbəkə problemlərini müəyyən edib həll etmək;
- Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
- Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
- Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
- İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.
Namizədə olan tələblər:
- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.);
- Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı;
- İngilis və Rus dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması);
- Server OS-ləri ilə iş üzrə baza bilikləri;
- Nəzəri bilik səviyyəsi CCNP;
- Azərbaycanın regionlarına səyahət etməyə hazır olmaq (iş vaxtının 20%-dən çox olmayaraq);
- Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq;
- Tələb olunan sahə üzrə minimum 3 il iş təcrübəsi (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Şəbəkə inzibatçısı göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33