Quba Palace Hotel
Baş xəzinədar
Son tarix 30 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən günlük ödənilən pul vəsaitlərinin satış nöqtələri tərəfindən tələb olunan qaydada qəbul edilməsinə nəzarət etmək;
- Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması, kassa aparatlarından düzgün istifadə olunmasına nəzarət etmək və günlük kassa hesabatının hazırlanaraq rəhbərliyə təqdim olunması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
- Otelin gəlir auditi ilə bağlı hesabatlarını yoxlamaq, təsdiqləmək və bütün sənədlərin qaydasında olmasını təmin etmək;
- Otaqlar, qida və iaşə, çamaşırxana eləcə də digər gəlirlərin gündəlik üzləşməsini aparmaq, gecə audit balansını müvafiq satış sistemi ilə müqayisə etmək və müxtəlif proqram təminatlarında (Fidelio, RKeeper) düzgün əks olunmasını yoxlamaq, təsdiqləmək və lazım gələrsə düzəlişlər etmək;
- Qonaqlar və işçi heyəti ilə bağlı güzəştləri, ödəmələri, fərqli tip xərcləmələri izləmək, sənədləşmələrin qaydasında olduğunu yoxlamaq. Gündəlik olaraq tələb olunan hesabatlar hazırlamaqla rəhbərliyə təqdim etmək;
- Qonaqlarla bağlı fərqli xərclərin,xidmətlər üçün alınan qaimələrin gəlirlərə mütənasibliyini yoxlamaq, təhlilini aparmaq, xərclərin lazımi qaydada qarşılanmasından əmin olmaq;
- Gündəlik kassa əməliyyatlarının Mühasibat uçotunda əks olunmasını təmin etmək;
- Aylıq Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
Namizədə aid tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi
- Maliyyə terminləri, standartları, prinsipləri və təcrübələri ilə bağlı biliklər
- Maliyyə qanunları və qaydaları
Əlavə məlumat:
- İş qrafiki: 6 gün
- Gündə 3 dəfə qidalanma, telefon xərclərini şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 900-1300 AZN net
- İş yeri- Quba şəhəri, Quba Palace Hotel
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Baş xəzinədar” yazaraq Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərlər.
Gəlirlər üzrə audit
Son tarix 30 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Otelin gəlir və gecə auditi ilə bağlı hesabatlarını yoxlamaq, təsdiqləmək və bütün sənədlərin qaydasında olmasını təmin etmək;
- Gündəlik gəlir barədə qeydiyyat aparmaq və gəlir hesabatını dəqiq şəkildə hazırlamaq;
- Daxili Audit ilə bağlı işlərin və müvafiq prosedurları icra edilməsinə nəzarət etmək;
- Otaqlar, qida və iaşə, çamaşırxana eləcə də digər gəlirlərin gündəlik üzləşməsini aparmaq, gecə audit balansını müvafiq satış sistemi ilə müqayisə etmək və müxtəlif proqram təminatlarında (Opera PMS, Micros, Sun) düzgün əks olunmasını yoxlamaq, təsdiqləmək və lazım gələrsə düzəlişlər etmək;
- Qonaqlar və işçi heyəti ilə bağlı güzəştləri, ödəmələri, fərqli tip xərcləmələri izləmək, daxili prosedurlara uyğunluğunu, sənədləşmələrin qaydasında olduğunu yoxlamaq. Gündəlik olaraq hesabatlar hazırlamaqla rəhbərliyə təqdim etmək;
- Birbaşa rəhbər şəxs tərəfindən təyin edildiyi şəkildə bank hesablarının, digər balans hesabatlarının aylıq bağlanmasında və davamlı analizində köməklik göstərmək;
- Audit işlərinin bütün sahələr üzrə qaydasında davam etməsini təmin etmək;
- Bütün xidmətlərə görə ödəmələrin vaxtında həyata keçirildiyini yoxlamaq;
- Qonaqlarla bağlı fərqli xərclərin,xidmətlar üçün alınan qaimələrin gəlirlərə mütənasibliyini yoxlamaq, təhlilini aparmaq, xərclərin lazımi qaydada qarşılanmasından əmin olmaq.
Namizədə aid tələblər:
- Mühasibat və mailiyyə sahəsində ali təhsil;
- Azərbaycan,İngilis səlis,Rus dili arzu olunandır;
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq;
- Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişkən iş mühiti çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək;
- Mühasibsat sahəsində təcrübəsi olmaq;
- Kompyüter bilikləri:Excel, Word;
- Opera PMS, Micros Symphony proqramları ilə bağlı biliklərə malik olmaq;
- Mükəmməl ünsiyyət qabiliyyəti olmaq, ətrafdakılarla münasibət qurmağı bacarmaq;
- Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər;
- Şirkət siyasət və prosedurlarını başa düşmək və onlara əməl etmək bacarığı.;
Əlavə məlumat:
- İş qrafiki: 6 gün
- Gündə 3 dəfə qidalanma, telefon xərclərini şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 1200-1500 AZN net
- İş yeri - Quba şəhəri, Quba Palace Hotel
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Gəlirlər üzrə audit” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Baş mühasib
Son tarix 30 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparmaq;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- Vergi,Sosial Fond,statistika hesabatlarını müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasını həyata keçirmək;
- Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin etmək;
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının,Anbar qalıqlarının hərəkətinə ciddi nəzarət etmək
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək.
- Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
- Hesabatların düzgün şəkildə verilməsi
- Namizədlərin Otel,restoran sahəsindən anlayışı olması üstünlükdür
Namizədə aid tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq üzrə);
- PMS Sertifikatı üstünlükdür.
- Müvafiq sahədə 3 il və üzəri iş təcrübəsi;
- MS Office proqramlarında, Exceldə əla işləmə bacarığı;
- Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
Əlavə məlumat:
- İş qrafiki: 6 gün
- Gündə 3 dəfə qidalanma, telefon xərclərini şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 2000-2500 AZN net
- İş yeri - Quba şəhəri (Quba Palace Hotel)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Baş mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.