Quba Palace Hotel
Baş xəzinədar
Son tarix 07 mar 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən günlük ödənilən pul vəsaitlərinin satış nöqtələri tərəfindən tələb olunan qaydada qəbul edilməsinə nəzarət etmək;
- Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması, kassa aparatlarından düzgün istifadə olunmasına nəzarət etmək və günlük kassa hesabatının hazırlanaraq rəhbərliyə təqdim olunması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını təmin edilməsi;
- Otelin gəlir və gecə auditi ilə bağlı hesabatlarını yoxlamaq, təsdiqləmək və bütün sənədlərin qaydasında olmasını təmin etmək;
- Gündəlik olaraq tələb olunan hesabatlar hazırlamaqla rəhbərliyə təqdim etmək;
- Gündəlik kassa əməliyyatlarının Mühasibat uçotunda əks olunmasını təmin etmək;
- Aylıq Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
Namizədə aid tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi
- Maliyyə terminləri, standartları, prinsipləri və təcrübələri ilə bağlı biliklər
- Maliyyə qanunları və qaydaları
Nəqliyyat və yataqxana ilə təmin olunma;
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.