Qartal Tikinti Firması
Ofis meneceri
Son tarix 11 dek 2022 [email protected]
Tələblər:
- Minimum 1 il ofis meneceri vəzifəsində iş təcrübəsi olmalıdır;
- Ali təhsilli olmalıdır;
- Ofis proqramlarını (Word, Excel, Outlook ) mükəmməl bilməlidir;
- İşində dəqiq, məsuliyyətli, işgüzar olmalıdır;
- Xanım namizədlərə üstünlük veriləcək;
- Sumqayıt şəhərində yaşayanlara üstünlük veriləcəkdir;
İş haqqında məlumat:
- Anbara və avtomobil təsərrüfatına təchizatçılardan alınan materialların və tikinti sahələrinə göndərilən materialların anbar məxaric və mədaxil orderlərinin hazırlanması, firmanın məsul icraçılara imzaladıb qeydiyyatının aparılması;
- Avtomobillər üçün yol vərəqlərinin komputerdə hazırlanması;
- Gündəlik istehsalat sahəsinə və avtomobil təsərrüfatında işə çıxan işçilərin tabelini hazırlayıb baş ofisin ofis menecerinə göndərilməsi;
- Müəyyən edilmiş formada ay ərzində sərf olunan yanacağın hesabatının aparılması;
- İstehsalat sahəsi və avtomobil təsərrüfatı üçün tələb olunan məktubların, emaillərin yazılması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
İş şəraiti:
- İş saatı 09:00-18:00;
- İstirahət günü - Şənbə və Bazar günləri;
- Nahar firma tərəfindən təmin edilir;
- Əsas iş yeri Sumqayıt şəhərində 50-ci məhəllə, Çerkassi küçəsi 220 – Qartal Tikinti Firmasının istehsalat sahəsindədir.
- Firmanın baş ofisi- Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə
Əmək haqqı: 600 AZN ( Vergilər xaric kartından çıxaracağı məbləğ )
Əlaqə vasitələri:
Rəngli şəkliniz olan CV-ləri e-mail adresinə, mövzu hissəsində “Ofis meneceri” yazmaqla göndərmələri xahiş olunur.
Əlaqələndirici şəxs: Fidan Aşumova
Telefon: +994 50 283 00 69