Qartal Tikinti Firması
Təchizat şöbəsinin rəisi
Son tarix 06 dek 2024 - [email protected]
İş yeri: Əsas iş yeri Qartal Tikinti Firmasının Sumqayıt şəh., 48 məh., Koroğlu Prosp.278. yerləşən baş ofisində və Çerkassi küçəsi 220 ünvanında yerləşən tikinti-quraşdırma işləri üçün metal-konstruksiya hazırlanması sahəsində işləyəcək.
Əmək haqqı: 1300-1400 AZN
Tələblər:
- Uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
- Vəzifəyə uyğun ali təhsilli olmalı;
- Seçilmiş namizəd öncə sınaq müddətinə işə cəlb olunacaq, uyğun olduğu təqdirdə daimi işə götürüləcək;
- Tikini obyektlərində istifadə edilən materialların haradan alınmasını bilməlidir;
- Kompüter biliklərinə (word, excel, outlook və s.) malik olmalıdır;
- Müqavilə, hesab-faktura, qaimə-faktura və s. sənədləri tərtib etmək bacarığına malik olmalıdır;
- B kateqoriyalı sürücülük vəsiqəsi olması mütləqdir, çünki Qartal Tikinti Firması tərəfindən təchizat şöbəsinin rəisinə xidməti istifadə üçün verilmiş Nissan Sunny minik markalı, 50 AA 543 nömrəli maşını özü idarə etməli olacaq;
- Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir.
İş haqqında məlumat:
- Qartal Tikinti Firmasının tikinti quraşdırılma işləri üçün lazım olan tikinti materialları və avadanlıqlarını təchiz etməli;
- Material və avadanlıqların təchizatçılardan alınıb Qartal Tikinti Firmasına gətirilməsi üçün yük maşını tələb olunarsa əvvəlcədən Qartal Tikinti Firmasının avtomobil təsrrüfatı şöbəsinə sifariş verməli;
- Müsabiqələrə qiymət təklifi vermək üçün material və avadanlığın qiymətini və markasını öyrənib, qiymətləndirmə şöbəsinə təqdim etməli;
- Təchizat sifarişlərinin idarə edilməsi, materialların təchizatçılardan alınması, anbara mədaxil olunması, tikinti gedən sahələrə göndərilməsi, tikinti sahəsində artıq qalmış materialın anbara geri daşınmasının təşkil etməli;
- Alınmış və anbara mədaxil olunmuş materialların hesabatını material mühasibinə verməli və material mühasibi ilə birlikdə materialın hərəkətinin sənədləşdirilməsini təmin etməlidir.
İşçi üçün şərait:
- İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir. Bazar günü və bayram günlərində işlədikdə bu günlərin dəyəri əlavə olaraq ödənilir;
- Ofisdə günorta yeməyi firmanın vəsaiti hesabına təmin edilir. Rayonlarda olduqda səhər, nahar və axşam yeməyi firmanın vəsaiti hesabına təmin edilir;
- Xidməti telefon istifadə üçün verilir, telefon danışıqlarının dəyəri limit çərçivəsində firma tərəfindən ödənilir.
- Xidməti istifadə üçün Qartal Tikinti Firması tərəfindən təchizat şöbəsinin rəisinə Nissan Sunny minik markalı, 50 AA 543 nömrəli maşını verilir. Ağır yüklərin təchizatçıların ünvanından anbara daşınması üçün yük maşını ayrılır.
Əlaqə vasitələri:
Namizədlərin CV-lərini e-mail adresinə, mövzu hissəsində “Təchizat şöbəsinin rəisi” yazmaqla göndərmələri xahiş olunur.
Əlaqələndirici şəxs: Sehran Əhmədova, tel: 050 283 00 69
Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011