PMD Projects LLC
Maliyyə Şöbəsinin Müdiri
Son tarix 13 fev 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Maliyyə, büdcə və mühasibatlıq nəzarətinin tərkibi olaraq hədəflərin, mühasibatlıq prinsiplərinin və prosedurlarının hazırlanması və tətbiqi;
- Müxtəlif maliyyə hesabatlarının yoxlanılması və hazırlanmasında iştirak etmək;
- Mühasibatlıq heyətinə nəzarət və onlar qarşısında tapşırıqların qoyulması;
- Xərclərin təhlili, layihə üzrə xərclərin bölüşdürülməsi hesabatının yoxlanılması və tərtibatında yaxından iştirak etmək;
- Mühasibatlıq və inzibati nəzarət mexanizmlərinin yoxlanılması çərçivəsində daxili və kənar audit yoxlamalarının aparılmasında köməklik göstərmək;
- Sistem üzərində nəzarət mexanizmlərinin qurulmasında iştirak və mövcud sistemin təkmilləşdirilməsi məqsədi ilə prosedurların mütəmadi yenilənməsi;
- Yeni mühasibatlıq, vaxt sərfiyyatı, mal material, əsas vəsait və digər nəzarət mexanizmlərinin hazırlanması və tətbiqi;
- Rəhbərliyə maliyyə hesabatlarının təqdimatı və yaranmış sualların cavablandırılması;
- Şöbə daxilində işin düzgün təşkilini, şöbə əməkdaşları arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini istiqamətləndirmək və şöbəyə ümumi rəhbərliyi həyata keçirmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.
Tələblər:
- Ali təhsil: Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil; Magistratura dərəcəsi arzu olunandır.
- İş təcrübəsi: Müvafiq sahə üzrə azı 8 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – səlis
- Kompüter bacarıqları: MS Ofis proqramları, 1C 8.3. mühasibatlıq sistemində işləmə bacarığı;
- Peşəkar ünsiyyət və yüksək idarəetmə bacarığı;
- Analitik düşüncə və problemin həlli istiqamətində təşəbbüs irəli sürmək bacarığı.
Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.