PMD Projects LLC
Tikinti rəhbəri
Son tarix 19 iyn 2025 - Müraciət et
Təsvir
- Tikinti layihələrini konsepsiyadan tamamlanana qədər idarə edilməsi,
- Təyin edilmiş layihələrdə hazırlıq, tikinti-quraşdırma, bərpa, təmir, buraxılış-sazlama və istismara təhvil işlərin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə və layihəyə uyğun olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə həyata keçirilməsini təmin etmək;
- İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində, habelə, metodologiya və icra üsullarının hazırlanmasında iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək;
- Ofisdə və tikinti - istehsalat sahəsində işləmək,
- Riskləri təhlil edilməsi, idarə edilməsi və azaldılması,
- Müqavilələrlə məşğul olmaq və hər hansı bir problemin təsirini azaltmaq,
- Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq;
- Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıq təşkilinə, hazırlıq işlərinin yerinə yetirilməsinə və vaxt cədvəlinə nəzarət etmək;
- İşin icrasını yoxlamaq, tikinti materiallarını yoxlamaq və işçilərin sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmələrini təmin etmək üçün sahə ziyarətlərinin aparılması,
- Sahə mühəndislərinə və müvafiq fənn üzrə mütəxəssislərə rəhbərlik etmək, onlara, icra üçün tapşırıqları müəyyən etmək, onların fəaliyyətini əlaqələndirmək və nəzarət etmək;
- Müqavilə əsasında layihədə işləyən podrat təşkilatların fəaliyyətini əlaqələndirmək və onlardan icra olunan işləri qəbul etmək;
- Tikinti layihələrinin təqvim planlarına riayət edilməsinə, tikinti-quraşdırma, təmir, bərpa və yenidən qurma işlərinin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək;
- Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək təmin etmək;
- Nəzarət edilən tikinti sahələrinə digər tərəflərdən tələb olunan sənədlərin tərtibini təmin etmək;
- Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Yerinə yetirilən işlərdə gecikmə və keyfiyyətin pisləşmə səbəblərini araşdıraraq önləyici tədbirlər görmək;
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (mühəndislik və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi);
- Oxşar vəzifədə azı 7 il iş təcrübəsi;
- Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – səlis, Rus dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office, Autocad;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.