PMD Projects LLC
Böyük mühasib
Son tarix 17 noy 2024 - Müraciət et
Təsvir:
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- BTP proqramında işləməklə vergi bəyannamələri tərtib etmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının, əsas vəsaitlərin uçotu və hərəkəti ilə bağlı əməliyyatlarının uçotunun mühasibatlıq qaydalarına uyğun əks etdirilməsi və nəzarət edilməsi;
- Mal/xidmətlərin, müqavilələrin, sifariş sənədlərinin və təhvil-təslim aktlarının yoxlanılması
- Tədarükçülərlə üzləşmə və malların sayımına nəzarət edilməsi;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesabalanması və balansdan silinməsi kimi əməliyyatların aparılması;
- Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi;
- Həftəlik əsasda avans hesabatının hazırlanması;
- Ay bağlanması prosesində iştirak etmək;
- Əsas vəsaitlərin və mal-materialların inventarizasiyasında iştirak etmək;
- Rəhbərliyə təqdim edilən aylıq, rüblük və illik hesabatların tərtib edilməsində yaxından iştirak;
- Sənədləşmələrin və əməliyyatların şirkətin siyasətinə və qəbul edilmiş mühasibatlıq prinsiplərinə uyğun qaydada icrası;
- Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
- Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil : Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və digər əlaqəli sahələrdə ali təhsil;
- İş təcrübəsi : Müvafiq sahə üzrə azı 3-5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – orta;
- Kompüter bacarıqları: MS Office, 1C 8.3 mühasibatlıq sistemində işləmə qabiliyyəti;
- Peşəkar ünsiyyət bacarığı;
- Analitik düşüncə və problemin həll istiqamətində təşəbbüs irəli sürmək bacarığı;
- Vergi və Əmək qanunvericiliyi üzrə biliklərin olması.