OMİD Mağazalar şəbəkəsi
Satış təmsilçisi (Bakı, Gəncə və Lənkəran filialları üzrə)
Son tarix 13 fev 2023 - [email protected]
Əmək haqqı 500 – 2000 manat
İş barədə məlumat:
- İnşaat materialları və məişət avadanlıqlarının tanıtımını və aktiv satışını həyata keçirmək
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərinə çatmaq
- Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verməsi
- Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi
- Məhsulları müştərilərə tanıtmaq
- Satışın stimullaşdırılması üçün təkliflər vermək
- Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq
- Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək
- İş qrafiki 6 günlükdür ( istirahət günü həftəsonu)
- İş vaxtı: saat 08:30-dan 18:00-dək
Namizədə tələblər:
- Bakı şəhəri üzrə müraciət edən namizədlərin şəxsi avtomobili mütləq olmalıdır
- Sürücülük vəsiqəsi
- Yaş həddi 22-37 arası
- Satış təmsilçisi sahəsində minimum 3 il təcrübə
- Komandada və stres altında işləmək bacarığı
- Ünsiyyətcil və inandırma bacarığı
- Öz üzərində işləyən, inkişafa meyilli
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Satış analizini aparmaq bacarığı
- Vaxtın səmərəli idarə olunması bacarığı
Tələblərə uyğun namizədlər mövzu yerində “satış təmsilçisi” yazmaqla öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Əlaqə: (+994) 055-500-89-06, Şahverdiyev İlqar
SMM üzrə mütəxəssis
Son tarix 13 fev 2023 - [email protected]
Vəzifə öhdəliyi:
- Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi ( Facebook, Instagram, YouTube, TikTok, və s.)
- Gələn mesaj və rəylərə dolğun cavab verilməsi
- Kontent məzmunun idarə edilməsi
- Sosial şəbəkələr üçün bloq mətnlərin yazılması,
- Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək üçün düzgün dizayn tapşırığının yazılması;
- Mütəmadi olaraq sosial media kanallarında canlı yayımların təşkil edilməsi
- Sosial media reklamlarının effektivliyinin monitorinqı, aylıq hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
Namizəd üçün tələblər:
- SMM üzrə 2 ildən çox təcrübə.
- Ali təhsil (bakalavr)
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət;
- Facebook Ads Manager, Google Ads ilə işləmək bacarığı
- Marketinq kommunikasiyaları strategiyası üzrə təməl biliklər
- İnnovasiya, reklam sahəsindəki qlobal marketinq trendlərini yaxından təqib edən
- Statistika və analitik alətlərlə işləmək bacarığı
- Komandada işləmək qabiliyyəti. Məsuliyyətli, ünsiyyətcil və işinə qarşı həvəsli;
- Dil bilikləri: Azərbaycan dili - əla, (rus dili və ingilis dili arzu olunandır)
- Yaş həddi: 23-35 yaş
İş şəraiti:
- AR qanunvericiliyinə əsasən rəsmiləşmə
- Əmək haqqı: Müsahibə zamanı razılaşdırılacaq
- İş qrafiki: həftədə 5 gün, 09 :00-dan 18:00-dək.
Yuxarıda qeyd olunan şərtlərə uyğun namizədlər mövzu yerində “SMM mütəxəssisi” yazmaqla öz Fotoşəkilli CV-lərini və portfoliolarını göndərə bilərlər.