OBA marketlər şəbəkəsi
"Leobank" işçi axtarır - VAKANSİYA
"FRESH Catering" işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
"OBA marketlər şəbəkəsi" işçilər axtarır - VAKANSİYALAR
"ATENA" işçi axtarır - MAAŞ 1200-1500 MANAT - VAKANSİYA
"AzerGold CJSC" işçilər axtarır - VAKANSİYALAR
"Qartal Tikinti Firması" işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
"Azera Holding" işçiər axtarır - VAKANSİYALAR
"Seaport Catering" işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
"PepsiCo" işçi axtarır - VAKANSİYA
"ALLALLFINANCE MMC" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
Operativ Nəzarət üzrə mütəxəssis (Bakı)
Son tarix 16 avq 2025 - Müraciət et
Təsvir
- Plan üzrə bölünmüş ərazilərdə yerləşən mağazaları mütamadi olaraq operativ yoxlamaq
- Mağaza əməkdaşı tərəfindən törədilən hər hansı neqativ halları aşkar edərək, birbaşa rəhbərinin təlimatı üzrə tədbir görmək
- Müşahidə kamerası vasitəsi ilə filialda baş verən bütün prosesləri izləmək (İnkassasiya və kassa əməliyyatları , mal qəbulu, transfer və.s digər icra olunacaq tədbirlər)
- Təhkim olunmuş ərazi üzrə mağazalarda “Check list” aparmaq
- Mağazada operativ yoxlama apararkən hər hansı bir neqativ hal aşkar edildiyində məsul şəxs və ya şəxslərin izahatını almaq
- Mağazalarda seyf və pos kassaların inventarizasiyasını həyata keçirmək
- Ehtiyac olduğu təqdirdə obyektlərin təlimata və tələblərə uyğun mühafizəsinin təmin olunması üçün ehtiyaclarını müəyyən etmək və nöqsanların aradan qaldırılması istiqamətində aidiyyatı struktura məlumat vermək
Tələblər
- Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə təhsil üstünlükdür.)
- Daxili audit, monitorinq ,risk, daxili nəzarət sahələrində çalışmış namizədlərə üstünlük verilir
- İş təcrübəsi: Minimum 1 il iş təcrübəsi
- Kompüter bilikləri: MS Office (Word, Excel yaxşı səviyyədə)
- Avtomobilin olması mütləqdir( B kateqoriyalı sürücülük vəsiqəsi)
- Təşəbbüskarlıq,İnnovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar ödənişi
- Amortizasiya xərci
- korporativ nömrə ilə təmin olunur
- Yanacaq xərci
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Vergi Uçotu üzrə Mühasib
Son tarix 16 avq 2025 - Müraciət et
Vəzifə Öhdəlikləri:
- ƏDV, ÖMV və digər vergi bəyannamələrini hazırlamaq və elektron qaydada təqdim etmək
- Vergi orqanları ilə rəsmi yazışmaları aparmaq və daxil olan sorğuları vaxtında cavablandırmaq
- Vergi ilə bağlı bütün maliyyə əməliyyatlarını ERP sisteminə düzgün və vaxtında işləmək
- Kreditor və debitor öhdəliklərini analiz etmək və aylıq hesabatlar hazırlamaq
- Tədarükçülərlə qarşılıqlı hesablaşmaları aparmaq, ödənişlərə və sənədləşməyə nəzarət etmək
- Nəzarət-kassa aparatları və POS-terminal sifarişi, qeydiyyatı və istifadə proseslərini icra etmək
Namizədə dair tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
- Təcrübə: Minimum 1 il (Vergi və mühasibatlıq sahəsində)
- Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili ilə bağlı qanunvericiliyi bilmək
- Rəsmi hesabatları, xüsusilə ƏDV bəyannamələrini hazırlamaq və təqdim etmək təcrübəsi
- Elektron portallarla (e-taxes, kabinet.gov.az və s.) işləmək bacarığı
- MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı
- Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik
Əlavə Təminatlar:
- Nahar Təminatı
- Korporativ Nömrə
- Servis Xidməti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Vergi Uçotu üzrə Mühasib" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Brendin İnkişafı üzrə Şöbə Müdiri
Son tarix 15 avq 2025 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətin brend strategiyasına uyğun olaraq yerli bazarda brend imicini formalaşdırmaq və bu istiqamətdə ardıcıl və məqsədyönlü kommunikasiya fəaliyyətlərini həyata keçirmək;
- Şirkətin korporativ dəyərlərinə uyğun PR, sosial məsuliyyət və brend yönümlü kommunikasiya layihələrini planlaşdırmaq və icra etmək;
- ATL, BTL və rəqəmsal kanalları (TTL) əhatə edən kommunikasiya strategiyalarının hazırlanmasına rəhbərlik etmək və icrasını təmin etmək;
- Kreativ komanda və agentliklərlə effektiv əməkdaşlıq quraraq, brend mesajlarının yaradıcı və düzgün formada hədəf auditoriyaya çatdırılmasını təmin etmək;
- Brendin mövqeləndirilməsi və bazarda tanınma səviyyəsini təhlil etmək, inkişaf istiqamətləri üzrə analitik yanaşma ilə strategiyalar təklif etmək;
- Brend göstəricilərinin effektivliyini (NPS, ROİ və s.) izləmək və nəticələr əsasında optimallaşdırıcı tədbirlər həyata keçirmək.
Namizədə dair tələblər
- Ali təhsil (Marketinq, PR, Kommunikasiya, Biznesin təşkili və ya əlaqəli sahələr üzrə);
- Brendin idarə olunması və kommunikasiya sahəsində minimum 4 il iş təcrübəsi;
- Brend mövqeləndirmə, kommunikasiya strategiyası, PR və sosial məsuliyyət sahələrində nəzəri və praktiki biliklər;
- ATL və BTL kampaniyaların icrası, media planlaşdırma və rəqəmsal reklam üzrə təcrübə;
- Güclü analitik düşünmə, strateji baxış və təqdimat hazırlamaq bacarığı;
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
- Tibbi sığorta
- Parkinq
- Yanacaq kartı
İş qrafiki:
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Brendin İnkişafı üzrə Şöbə Müdiri" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.