OBA marketlər şəbəkəsi
Uçot əməliyyatları üzrə aparıcı mühasib
Son tarix 05 apr 2026 - Müraciət et
Təsvir
- Sayımların ERP sistemi üzərindən təsdiq edilməsi.
- ST yoxlaması zamanı aşkar olunan kəsr ödənişləri əsasında stokların uyğunlaşdırılması.
- Aylıq sayım üzrə ehtiyat məbləğlərinin hesablanması və sistemdə tanınmasının təmin edilməsi.
- Market üzrə ticari sayımlar nəticəsində formalaşan gəlirin sistemdə tanınması.
- Sayım və silinmə hesabatları üzrə reyestrin hazırlanması.
- Meyvəli toleranslıq hesabatlarının hazırlanması və NK faizləri ilə müqayisəsinin aparılması.
- Həftəlik yaşlanma hesabatlarının hazırlanması və “passport günü”nə uyğun olaraq anbar qalıqlarının sıfırlanmasına nəzarət etmək
- ESD sistemi vasitəsilə yeni anbarların açılması ilə bağlı sorğuların yaradılması.
Tələblər
- Təhsil: Ali (İqtisadiyyat, Maliyyə, Muhasibatlıq və ya oxşar sahələr )
- Təcrübə:Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- MS Excel (yaxşı səviyyədə)
- Logo Tiger ERP proqramında işləmə bacarığı (üstünlükdür)
- ACCA F3 (Financial Accounting) sertifikatı üstünlükdür
- Analitik düşüncə, məsuliyyətlilik, dəqiqlik
İş qrafiki: 5 günlük, 09:00-18:00
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Nəqliyyat xidməti
- Karyera yüksəlişi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Daşınmaz Əmlak agenti
Son tarix 05 apr 2026 Müraciət et
Təsvir
- Potensial müştəriləri və əmlak obyektlərini müəyyən etmək üçün aktiv axtarışlar aparmaq.
- Əmlak haqqında məlumat toplamaq və onu potensial alıcılara təqdim etmək.
- Müştərilərlə müqavilələr bağlamaq və danışıqlar aparmaq.
- Əmlakın göstərilməsini təşkil etmək və prosesi idarə etmək.
- Bazar trendlərini izləmək və strategiyaları uyğunlaşdırmaq.
- Qiymətləndirmələr aparmaq və əmlakın satış qiymətini müəyyən etmək.
- Marketinq materiallarını hazırlamaq və yaymaq.
- Müştəri münasibətlərini qurmaq və davamlılığını təmin etmək.
- Hüquqi sənədləri hazırlamaq və yoxlamaq.
- Komanda ilə əməkdaşlıq edərək qarşıya qoyulan məqsədlərə nail olmaq.
Tələblər
- Təhsil - Orta
- Müvafiq və yaxud oxşar sahədə min. 1 il iş təcrübəsi;
- Şəhər və şəhər ətrafı əraziləri yaxşı tanımalı;
- Bazar araşdırması və qiymətləndirmə aparmaq bacarığı.
- Komanda ilə işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı.
- Ezamiyyə səfərlərinə hazır olmalı;
- Şəxsi avtomobilin olması mütləqdi ;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Yanacaq və Amortizasiya xərcləri
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.












