NOEMI FLOWER
Satış Meneceri
Son tarix 16 sen 2024 [email protected]
Bakıda yerləşən gül satışı fəaliyyəti ilə məşğul olan mağazaya pərakəndə və korporativ satışları idarə edə biləcək satış meneceri axtarılır.
İş yeri: A.Cəlilov 28b, Bakı şəhəri
Vəzifənin adı: Satış Meneceri
Vəzifə öhdəlikləri:
- Müştəri xidmətlərini idarə etmək və CRM (Müştəri Əlaqələrinin İdarəedilməsi) strategiyasını həyata keçirmək.
- Çiçəkçilik sahəsində satış prosesini koordinasiya etmək.
- Müştəri bazasını genişləndirmək və mövcud müştərilərlə əlaqələri gücləndirmək.
- Pərakəndə və korporativ satış proseslərinin qurulması və idarə edilməsi
- Marketinq və reklam planının qurulmasında iştirak
- Marketinq və reklam planının icrasına nəzarət
- Aktiv olaraq sosial medya (Linkedin daxil) istifadə etmək (korporativ satışlar üçün)
- Satış hədəflərinə çatmaq və satış artımını təmin etmək
- Komandanın mütəmadi olaraq satış və xidmət ilə bağlı təlimatlandırılması
Tələblər:
- Satış meneceri vəzifəsində ən azı 2-3 il iş təcrübəsi.
- Floristika sahəsində iş təcrübəsi üstünlükdür.
- Güclü ünsiyyət bacarıqları və müştəri yönümlü düşüncə.
- CRM sistemləri ilə iş təcrübəsi.
- Komanda ilə işləmə bacarığı və nəticəyönümlü yanaşma.
- Marketinq və reklam sahəsində biliklərə sahib olmaq.
Təklif edirik:
- Rəqabətə davamlı əmək haqqı.
- Dostcanlı və peşəkar iş mühiti.
- Böyümə və inkişaf imkanları.
Təklif olunan əmək haqqı: 1050 AZN + satış fəaliyətindən bonus
İş saatları: İş saatları mövsümlə əlaqəli olaraq fərqlilik göstərə bilər. Ortalama olaraq iş saatları 10.00-19.00
Əgər bu vəzifə üzrə özünüzü uyğun görürsünüzsə, zəhmət olmasa, CV-nizi email vasitəsilə [email protected] ünvanına göndərin.