Millikart LLC
Daxili auditor
Son tarix 11 yan 2023 - [email protected]
Tələblər:
- Ali təhsil (maliyyə və ya iqtisadiyyat sahəsində)
- Bank sistemində xüsusən hesablaşma, kartlar, daxili audit və risk menecment sahələrinin birində ən azı 1 (bir) il iş təcrübəsinin olması
- Ofis proqramları ilə sərbəst işləmək bacarığı, xüsusən MS Excel
- Dil bilikləri - Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq
- Düzgün kommunikasiya qurmaq bacarığı, komanda işi ilə yanaşı müstəqil iş aparmaq bacarığı. Detallara diqqətli və araşdırma bacarığına malik. Öz üzərində işləmək və professional təlimlərə qoşulmaq istəyinin olması.
- Arzu olunan təcrübə və bilik:
- Prosessinq fəaliyyətinə aid biliklərin olması;
- Daxili Auditorlar İnstitunda üzvlük və daxili audit sahəsində professional sertifikasiya proqramlarına başlaması: CIA, CISA;
- Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının əsasları barədə ilkin biliklər və müvafiq sertifikatların olması (ACCA F1, F2, F3; ACCA DipIFR);
- Biznes proseslərin qrafik təsvirini müvafiq proqramlarda hazırlamaq bacarığı: MS Visio, Bizagi Modeler;
Vəzifə öhdəlikləri:
- Prosessinq Mərkəzinin biznes və idarəetmə proseslərinin audit yoxlamalarında iştirak etmək;
- Yoxlanılan proseslərin effektiv və səmərəli təşkilinin qiymətləndirilməsində iştirak etmək;
- Biznes proseslərinin, daxili nəzarət sisteminin və risklərin idarə edilməsinin yaxşılaşdırılmasına dair audit tövsiyələri vermək;
- Audit yoxlamalarına hazırlıq mərhələsində audit proqramının hazırlanmasında audit menecerinə dəstək olmaq;
- Yoxlama sahələrinə aid sənədlərin, əvvəlki hesabatların, verilənlər bazasından məlumatların, blok-sxemlər və digər materialların qəbulu, təhlili və qiymətləndirilməsi;
- Auditin nəticələrini əks etdirən hesabatların hazırlanmasında audit menecerinə dəstək olmaq və rəhbərlik ilə müzakirələrdə iştirak etmək;
İş saatları: Həftədə 5 gün, saat 09:00-18:00
CV qəbulu üçün son tarix: 10 yanvar 2023-cü il
Tələblərə uyğun namizədlər CV-ni “Daxili auditor” vəzifə adını və əmək haqqı gözləntisini qeyd etməklə göndərə bilərlər.