Meqa Sığorta ASC
Səyahət sığortası üzrə mütəxəssis
Son tarix 15 fev 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilər üzrə axtarışın həyata keçirilməsi;
- Müştərilərə səfər sığortası məhsulları barədə məlumatın verilməsi və uyğun paket seçilməsində dəstəyin olunması;
- Sığorta sorğularının qəbulu, işlənməsi və sistemə daxil edilməsi;
- Sığorta hadisələri zamanı müştərilərə ilkin yönləndirmə və dəstəyin göstərilməsi;
- Yeni partnyorların axtarışı və əməkdaşlıqların qurulması;
- Mövcud partnyorlarla birbaşa əlaqələrin yaradılması və onların satışlarına nəzarət edilməsi;
- Səfər sığortasının satışının təşviqi və şirkətin xidmət keyfiyyətinin qorunması;
- Hesabatların hazırlanması və şöbə rəhbərinə təqdim edilməsi.
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil;
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (arzuolunandır)
- İş təcrübəsi: Sığorta və ya turizm sahəsində təcrübənin olması arzuolunandır;
- MS Office proqramlarında, xüsusilə MS Excel-də yüksək səviyyədə işləmə bacarığı;
- Dəqiqlik və məsuliyyətlilik, analitik düşüncə, problemlərin həllində təşəbbüskarlıq, yazılı və şifahi ünsiyyət bacarığı, komanda ilə işləmək bacarığı, inkişaf yönümlü və nəticəyönümlü yanaşma.
İş şərtləri:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı;
- Tibbi sığorta təminatı;
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük;
- Əməkdaşlar üçün Loyallıq proqramına əsasən digər imtiyazlardan yararlanmaq.
Müraciət qaydası:
- Zəhmət olmasa, mövzu bölməsində “Səyahət sığortası üzrə mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.










