Meqa Sığorta ASC
Kiçik mütəxəssis
Son tarix 03 avq 2025 - [email protected]
Struktur bölmə: Biznesin inkişafı departamenti Telemarketinq şöbəsi
Vəzifə öhdəlikləri:
- Mövcud və potensial müştərilərə telefon vasitəsilə zənglərin edilməsi;
- Sığorta məhsulları haqqında məlumat vermək;
- Günlük və aylıq hesabatların hazırlanması;
- Müştəri ehtiyaclarını analiz edərək uyğun məhsulun təklif olunması;
- Müştəri məlumatlarının sistemə daxil edilməsi və bazanın yenilənməsi.
Namizədə olan tələblər:
- Təhsil: Ali və ya orta ixtisas təhsili;
- İş təcrübəsi: Tələb edilmir;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları.
İş şərtləri:
- Azərbaycan Respublikasının əmək məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək)
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov pr, 1965-ci məhəllə (Çinar Park Biznes Mərkəzi)
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar
- Peşəkar komandada işləmək imkanı
- Tibbi sığorta təminatı
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük
- "Meqa Sığorta" ASC-nin Təlim Akademiyasında peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı.
Müraciət qaydası:
- Zəhmət olmasa, mövzu bölməsində “Kiçik mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.