Meqa Sığorta ASC
Risklərin idarə olunması üzrə Aparıcı mütəxəssis
Son tarix 29 noy 2024 - [email protected]
Namizədlərə olan tələblər:
- Təhsil: Ali - İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə.
- İş təcrübəsi: Risklərin idarə olunması sahəsində - 3 il
- Müvafiq sahə üzrə qanunvericilik bilikləri.
- Kompüter bacarıqları: MS Office proqramlarından istifadə bacarığı, Pythonda işləmək bacarığı üstünlükdür.
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili: C 1 dərəcədə.
- Riyazi, statistik biliklər. CFA və ya FRM sertifikatı arzuolunandır.
- Şəxsi keyfiyyətlər və bacarıqlar: Risk yönümlü düşüncə, təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik, intizamlılıq, dəqiqlik və məsuliyyət.
Əsas vəzifə öhdəlikləri:
- Monitorinq - Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin nəzarətdə saxlanılması və onların mütəmadi yenilənməsində iştirak etmək.
- Metodologiyaların hazrlanması - Maliyyə risklərinin idarə edilməsi ilə bağlı siyasət sənədlərinin, prosedur və metodologiyaların hazırlanması va yenilənməsində iştirak etmək.
- Risklərin müəyyənləşdirilməsi - Mütəmadi olaraq risklərin qiymətləndirilməsində və onun nəticəsində risk xəritəsinin hazırlanmasında iştirak etmək.
- Təhlil/Təklif - Şirkətin kapital adekvatlığı və stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə baglı təkliflərin verilməsində iştirak etmək.
- Təhlil/Təklif – Maliyyə riskləri limitlərinin hesablanmasına dair təkliflərin verilməsi.
- Risk İştahası Bəyənnamasi - Risk İştahası Bəyannaməsinin hazrlanmasında iştirak etmək.
- Risklərin qiymətləndirilməsi - Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə digər departamentlərdan, elektron infomasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək.
- Risklərin qiymətləndirilməsi - Riyazi va statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi.
- Dəstək - Maliyyə riskləri ilə bağlı șirkətin digər departamentlərinə məsləhətər vermək və metodoloji yardan göstərmək
- Hesabatlıq - Müvafiq daxili hesabatların hazırlanmasında iştirak etmək
- Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: 2000 manat.
- İş vaxtı: 5 günlük iş həftəsi saat 09:00-dan 17:45-dək, cümə günü saat 17:00-dək.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
- Tibbi sığorta təminatı.
- Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.
- “Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.
Zəhmət olmasa mövzu bölməsində “Risklərin idarə olunması üzrə Aparıcı mütəxəssis” qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət alacaq.
Qeyd: Aktiv vakansiyalar www.meqasigorta.az saytında vakansiyalar bölməsindədir.