Makro 2000
HOVO (yük avtomobili) sürücüsü
Son tarix 19 mar 2026 - [email protected]
“MAKRO 2000 Yapı İnşaat Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı “HOVO (yük avtomobili) sürücüsü” vəzifəsi üzrə vakansiya elan edir:
İş yeri: Kəlbəcər rayonu
Vəzifə öhdəlikləri:
- Şirkətə məxsus HOVO markalı yük avtomobilinin təhlükəsiz və qaydalara uyğun idarə edilməsi.
- Tikinti sahəsinə materialların (qum, çınqıl, torpaq, beton və s.) daşınmasının həyata keçirilməsi.
- Avtomobilin gündəlik texniki vəziyyətinə nəzarət edilməsi və nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi.
- Yanacaq və texniki mayelərin qənaətli istifadəsinin təmin edilməsi.
- Yol hərəkəti qaydalarına ciddi riayət edilməsi.
- Daşınan yüklərin düzgün yüklənməsi və boşaldılmasına nəzarət.
- Təyinat üzrə verilmiş tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi.
- Avtomobilin təmiz və saz vəziyyətdə saxlanılması.
Tələblər:
- BC kateqoriyalı sürücülük vəsiqəsi.
- Yük avtomobili (xüsusilə HOVO) idarəetmə üzrə minimum 3 il iş təcrübəsi.
- Tikinti sahəsində iş təcrübəsi arzuolunandır.
- Yol hərəkəti qaydalarını yaxşı bilməsi.
- Fiziki sağlamlıq və məsuliyyətlilik.
- Komanda ilə işləmə bacarığı.
Təminatlar:
- Qidalanma şirkət tərəfindən qarşılanır.
- Qalmaq üçün yer şirkət tərəfindən qarşılanır.
- Əmək haqqı 1000 Azn (NET)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “HOVO (yük avtomobili) sürücüsü” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.












