GFC MMC
Briqada üzvü, Kassir
Son tarix 16 dek 2024 - [email protected]
Əgər sən də böyük ailəmizə qoşulmaq və karyeranı qurmaq istəyirsənsə, səni restoranımızda gözləyirik!
Namizədə aid tələblər:
- 18-45 yaş arasında;
- Gülərüz,intizamlı,məsuliyyətli, punktual ,səliqəli və operativ olması;
- Öyrənmə bacarığı yaxşı olan;
- İş yerində səliqə və təmizliyə riayət olunması;
- Karyera qurmaq istəyi.
Əsas vəzifə və öhdəliklər:
- Kassa əməliyyatlarının yerinə yetirilməsi;
- Qonaqların qarşılanması və yola salınması;
- Mətbəxdə məhsulların hazırlanması;
- Məhsulların keyfiyyətinə nəzarət;
- İş stansiyasının təmizliyinə nəzarət;
- Xarici görünüş standartlarına əməl edilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Növbəli iş rejimi,həftədə 5 iş günü ;
- Saatlıq əmək haqqı;
- Mehriban iş kollektivi;
- Təlim keçmə və karyera artımı imkanları.
Mail: Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Briqada üzvü KFC” qeyd edərək e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
İşə qəbul üzrə mütəxəssis (Recruiter)
Son tarix 16 dek 2024 - [email protected]
Namizədə aid tələblər:
- 22-28 yaş arasında;
- Ali təhsilli olması;
- Müvafiq vəzifədə 1 ildən az olmayaraq iş təcrübəsi;
- Səlis azərbaycan dili bilikləri, rus dili- arzuolunandır;
- Müsahibə texnikalarının və namizədlərin seçim üsullarının nəzəri və praktiki bilməsi mütləqdir;
- Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;
- İşgüzar nitq və yazışma qabiliyyəti;
- Stressə davamlılıq və təşkilatçılıq bacarıqları;
- Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.
Əsas vəzifə və öhdəliklər:
- İşçi ehtiyaclarının müəyyən edilməsi;
- Vakansiyalar üzrə müvafiq elanlarının hazırlanması və operativ şəkildə yerləşdirilməsi;
- CV-lərin vakansiyalar üzrə dəyərləndirilməsi;
- İşə qəbul planına uyğun olaraq namizədlərin cəlb edilməsi;
- Namizədlərin sorğularının cavablandırılması;
- Müsahibə prosesinin təşkili və aparılması;
- Seçim və adaptasiya proseslərinin koordinasiyası;
- Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
- İşə qəbul prosesinə dəstək;
- CV bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsi;
- İşə qəbul prosesinə aid aylıq hesabatların hazırlanması;
- Şirkətin işə qəbul siyasətinə riayət olunması;
- Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
- İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
- Əmək haqqı-800 azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Mail: Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis (Recruiter)” qeyd edərək e-ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.