Intermak Group
Xarici satınalma üzrə mütəxəssis
Son tarix 20 iyn 2025 [email protected]
İş barədə məlumat
- Bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
- Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
- Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
- Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətlərin, texniki şərtlərin və çatdırılma tarixlərinin müqayisə edilməsi;
- Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişlərin nəzərdən keçirilməsi;
- Müqavilələrin hazırlanmasının təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi.
Namizəd ilə bağlı tələblər (Bilik, təcrübə, bacarıq)
- Ali təhsil (müvafiq sahə üzrə)
- Cinsi - Qadın
- Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis dili yaxşı,Rus dili üstünlükdür.
- İş təcrübəsi: 1-3 il
- Komandada işləmək qabiliyyəti
- MC ofis proqramlarında müstəqil inkişaf
- Kreativ, məsuliyyətli, ünsiyyətcil, gülərüz, aktiv, səliqəli olması vacibdir
İş şəraiti
- İş qrafiki - 6 günlük
- Həftə içi - 09:30 – 17:30, Şənbə 10:00-15:00
- İş yeri: Bakı, Babək pr. 2360
- Əmək haqqı – 800 -1200 AZN. Müsahibə əsasında müəyyənləşdiriləcəkdir
- Nahar şirkət tərəfindən verilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə - 012 448 05 55