Hajigabul Poultry Farm Company
İnşaat mühəndisi
Son tarix 26 iyn 2023 - [email protected]
Vəzifə üzrə tələblər:
- Müvafiq sahədə ali təhsil
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- MS Office programlarından sərbəst istifadə
Vəzifə öhdəlikləri:
- Şirkət ərazisindəki tikinti işlərini layihəyə uyğun, inşaat normalarına riayət etmək şərti ilə vaxtında və keyfiyyətlə bitirmək;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının keyfiyyətinə və təyinatı üzrə istifadəsinə nəzarət etmək;
- Tikinti həyata keçirilən ərazilərə mütəmadi baxış keçirmək və işlərin gedişat monitorinqini aparmaq;
- Şirkətdaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etmək.
İş şəraiti:
- 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir
- İş yeri Hacıqabul rayonundadır
İşə qəbul üzrə aparıcı mütəxəssis
Son tarix 26 iyn 2023 [email protected]
Vəzifə üzrə tələblər:
- Ali təhsil (insan resursları, menecment, hüquq və ya sosial psixologiya sahələrində olması arzuolunandır)
- İnsan resursları sahəsində nəzəri və praktiki biliklər
- Əmək qanunvericiliyi üzrə biliklər
- Microsoft office programlarından sərbəst istifadə bacarığı
- İnsan resurslarının işə qəbul modulunda minimum 3 il iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- İşçi ehtiyaclarının təhlil edilməsi
- İşə qəbul üçün müraciət edən namizədlərin müraciətlərinin təhlil edilməsi
- Müsahibələrin təşkil edilməsi
İş şəraiti:
- 6 günlük iş rejimi (08:00 – 17:00)
- Həftədə bir gün istirahət
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir
- İş yeri HACIQABUL rayonundadır
Baş mühasib
Son tarix 26 iyn 2023 [email protected]
Vəzifə üzrə tələblər:
- Ali təhsil (Maliyyə, mühasibatlıq sahəsində olması arzuolunandır);
- Baş və ya aparıcı mühasib kimi (broyler, yumurta istehsalı sahələri arzuolunandır) minimum 3 il iş təcrübəsi;
- Vergi məcəlləsi üzrə nəzəri və praktiki biliklər;
- Rəsmi və işgüzar danışıqlar və yazışmalar aparmaq bacarığı;
- Microsoft office programlarından (xüsusilə excel) sərbəst istifadə;
- LOGO ERP sistemində təcrübə arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
İş şəraiti:
- 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir
- İş yeri HACIQABUL rayonundadır.