Hajigabul Poultry Farm Company
Çeşidləmə və Qablaşdırma Bölmə Rəhbəri
Son tarix 03 mar 2025 - [email protected]
Vəzifə Haqqında
Biz komandamıza məhsulların yüksək keyfiyyətlə çeşidlənməsi və qablaşdırılması proseslərinin təşkili və idarə edilməsini təmin etmək üçün təcrübəli Çeşidləmə və Qablaşdırma Bölmə Rəhbəri axtarışındayıq . Bu rolda sizin əsas məqsədiniz bölmənin fəaliyyətini nəzarətdə saxlamaq, istehsal planına uyğun olaraq işlərin vaxtında və effektiv şəkildə icrasını təmin etməkdən ibarət olacaqdır.
İş barədə Məlumat:
- İş yeri - Hacıqabul şəhəri
- Çeşidləmə və qablaşdırma işlərinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;
- İstehsal proseslərinin məhsuldarlığını artırmaq üçün təkmilləşdirmə təklifləri hazırlamaq;
- Bölmə işçilərinin gündəlik iş qrafikini müəyyənləşdirmək və onların fəaliyyətinə nəzarət etmək;
- Məhsulların keyfiyyət standartlarına uyğun çeşidlənməsi və qablaşdırılmasını təmin etmək;
- İstehsal zamanı istifadə olunan avadanlıqların düzgün işlədiyinə əmin olmaq və texniki problemlər yaranarsa müvafiq şöbəyə məlumat vermək;
- Məhsulun inventarizasiyası və hesabatların hazırlanması;
- Gigiyena və təhlükəsizlik standartlarına əməl edilməsini təmin etmək.
- 6 günlük iş rejimi (09:00 - 17:00);
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
- Əmək haqqı: Müsahibə əsasında.
Tələblər:
- İqtisadiyyat, mühəndislik və ya istehsal idarəetməsi sahəsində ali təhsil (müvafiq iş təcrübəsi üstünlükdür);
- Çeşidləmə, qablaşdırma və ya istehsal sahəsində ən azı 3 il iş təcrübəsi;
- İdarəçilik və komanda ilə işləmə bacarıqları;
- Planlama və təşkilatçılıq bacarığı;
- Keyfiyyət standartlarına və gigiyenik qaydalara dair biliklər;
- Analitik düşüncə və hesabat hazırlama bacarığı;
- Dəqiqlik, məsuliyyət və yüksək idarəetmə qabiliyyəti.
Əgər siz istehsal sahəsində təcrübəyə malik və dinamik bir mühitdə işləməyi hədəfləyirsinizsə, komandamıza qoşulmaq üçün CV-nizi və əlaqə məlumatlarınızı elektron poçtuna göndərin.