Business Accounting
Baş Mühasib
Son tarix 24 avq 2026 - [email protected]
İş barədə məlumat:
- Maliyyə hesabatlarını (gəlir-xərc, balans, pul axını və s.) hazırlamaq və rəhbərliyə təqdim etmək
- Xərclərin optimallaşdırılması və maliyyə risklərinin qiymətləndirilməsi üzrə təhlillər aparmaq
- Vergi öhdəliklərinə, mühasibat uçotu və maliyyə prosedurlarına riayət olunmasını təmin etmək
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
- Daxili audit proseslərini dəstəkləmək və maliyyə nəzarət mexanizmlərini gücləndirmək
- Debitor və kreditor ödənişlərinə nəzarət etmək
- Maliyyə göstəricilərini analiz edərək rəhbərliyə inkişaf təklifləri təqdim etmək
- Banklar, auditorlar və digər maliyyə qurumları ilə işgüzar əlaqələri idarə etmək
- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması;
- Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi;
- ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması;
- E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək;
- Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması;
- Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
- Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması;
- Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi;
- Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması;
- Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması;
- Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi
Əsas tələblər:
- Staj: 5 ildən çox
- Yaş: 25 — 40 yaş
- Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə).
- Azərbaycan dilində mükəmməl bilmək (Rus və ingilis dili biliyi üstünlükdür).
- 1C 8.3 proqramını, Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək.
- Beynəlxalq sertifikatları (F3, F7) olması arzu olunandır, PMS sertifikatı mütləqdir.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş şərtləri:
- İş qrafiki: Həftənin 5 günü (Həftə içi 09:00-dan 18:00dək) istirahət günü:şənbə, bazar.
- Əmək haqqı: 2000 — 2300 Azn
- Sınaq müddəti: 3 ay
- Ərazi: Bakı
- İş rejimi: 5 günlük iş qrafiki
Cv formasında şəkil olması mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
















