BRPG LLC
Təmir-tikinti işləri üzrə iş icraçısı (incə işlər)
Son tarix 03 noy 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Ofis, mənzil və sair obyektlərin təmir-tikinti işlərinin (incə işlər) təşkil olunması və icrasına nəzarət etmək;
- Texnoloji ardıcıllığı və iş keyfiyyətinin təmin edilməsini izləmək;
- Obyektlərin vaxtında istismara verilməsi və tikinti-təmir işlərinin bütün kəmiyyət və keyfiyyət göstəricilərinin yerinə yetirilməsinə cavabdehlik daşımaq;
Namizədə Tələblər:
- Ali təhsil: Sənaye və mülki tikinti ixtisası üzrə.
- Texniki bacarıqlar: Ms Office (Outlook, Word, Excel) və Autocad proqramlarında sərbəst işləmə qabiliyyəti.
- Layihə sənədlərini diqqətlə oxumaq, iş prosesində səhvləri vaxtında aşkar etmək və aradan qaldırmaq bacarığı
- Qəbul edilmiş tikinti standartlarına və təhlükəsizlik qaydalarına tam riayət etmək, komanda daxilində konstruktiv münasibət qurmaq
- Verilən tapşırıqları təyin olunmuş müddət çərçivəsində tam və keyfiyyətli şəkildə başa çatdırmaq, vaxtında hesabatlar təqdim etmək.
- Əməyin mühafizəsi və təhlükəsizlik: Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını dərindən bilmək və tətbiq etmək.
Təcrübə:
- İncə işlərin (boya, kafel-metlax, döşəmə-tavan və s.) icrasına nəzarət təcrübəsi
- Layihə və smeta sənədləri ilə işləmə bacarığı
- Usta və fəhlələrin işini təşkil etmə və idarəetmə qabiliyyəti
- Tikinti materialları və texnologiyalar barədə biliklər
- Minimum 3 il iş təcrübəsi
İş şəraiti:
- İş rejimi: 5 günlük iş həftəsi və layihənin tələb etdiyi qrafik əsasında.
- Sınaq müddəti: 3 ay.
- Əmək haqqı: 1200 – 1500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə görə müəyyən olunur) + ezamiyyə + bonus.
Müraciət Qaydaları:
Vakansiyaya uyğun olan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsində “Təmir-tikinti üzrə İş icraçısı” yazaraq müraciət edə bilərlər.