Vakansiya: Əmlak məsələləri üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Həftəlik plan və seçilmiş sahəyə görə yeni məkanın axtarılması;
- Nəzərdə tutulmuş meyarlara uyğun olaraq ilkin seçim üçün məkanın gəzərək araşdırılması;
- Əmlak sahibi ilə danışıqların aparılması (qiymət\kv.m\müqavilə şərti\məsuliyyət və s.);
- Rəhbər heyətə ilkin seçimlə bağlı təqdimatların edilməsi;
- Sənədlərin düzgün yoxlanılması və yoxlama siyahısına uyğun olaraq Rəhbərə təqdim edilməsi;
- Yerin təslim üçün hazırlanması və yekun imzaların alınması;
- Təyin edilmiş digər vəzifələr.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Şəxsi avtomobil və aktiv sürücülük vəsiqəsi;
- Danışıqlar aparmaq və şəxslərarası münasibət üzrə mükəmməl bacarıqlar;
- Təqdimat bacarıqları;
- MS Ofis proqramları (xüsusilə MS Excel və MS Powerpoint) üzrə biliklərə sahib olmaq.
Maraqlanan namizədlər [email protected] email ünvanına "Əmlak məsələləri üzrə əməkdaş" başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.