Vakansiya: Əmək haqqı hesablanması üzrə kiçik mütəxəssis
Vəzifə öhdəlikləri:
- Xəstəlik vərəqələrinin, analıq və sosial məzuniyyət əmrlərinin hazırlanması, haqq-hesab cədvəlinin göndərilməsi
- Ezamiyyə əmrlərinin hazırlanması və ödənişə verilməsi
- Bonus əmrlərinin qanunvericilik əsasında hazırlanması və ödənişə verilməsi
- İşçilərin İcbari və Könüllü sığortasının icra edilməsi və nəzarətdə saxlanılması
- Paşa Həyat Yığım sığortası ilə bağlı sənədləşmələrin izlənilməsi və ödənişlərin vaxtında təmin edilməsi
Namizədə dair tələblər:
- Maliyyə/Mühasibatlıq və ya Biznes üzrə bakalavr dərəcəsi
- Müvafiq sahədə minimum 1 il təcrübə.
- Ofis programları (xüsusilə Excel) sərbəst istifadə bacarığı
- Qeyd olunan sahəsində normativ-hüquqi aktlar və qanunvericilik haqqında bilik
- Azərbaycan və ingilis dillərini bilmək.
Maraqlanan namizədlər [email protected] email ünvanına "Əmək haqqı hesablanması üzrə kiçik mütəxəssis" başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.