Bonamed
Qrafik Dizayn üzrə Aparıcı Mütəxəssis
Son tarix 19 may 2024 - [email protected]
İş haqqında məlumat:
- Şirkətin strateji məqsədlərinə cavab verən və biznes fəaliyyətini təkmilləşdirməsinə yönələn reklam və digər təşviq fəaliyyətlərin planlaşdırılması və həyata keçirilməsi;
- Şirkət əməkdaşları tərəfindən hazırlanmış bütün vizual materiallara nəzarət edilməsi və onların brend üzrə tələblərə uyğun olmasının təmin edilməsi;
- Statik və “motion” qrafik sosial media postlarının hazırlanması;
- Çap materiallarının vizuallaşdırılması və çapa hazırlığının təmin edilməsi;
- Video və foto montaj;
- 2D və 3D animasiyaların hazırlanması;
- Digital Marketing üzrə təcrübəli ( Meta Business, Ads manager, Google Ads və s. )
Namizədə tələblər:
- Ali təhsil;
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Kreativ düşüncə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Layihələri idarə etmək bacarığı;
- Adobe Illustrator, Adobe Photoshop, Adobe After Effects, Adobe Premiere , Autodesk 3D’s Max / Blender / Cinema 4D proqramları ilə işləmək bacarığı.
Şərtlər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
- İş rejimi: 09:00-dan 18:00-dək; (Şənbə günü yarım iş günü);
- Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi;
- Bütün avadanlıqlarla təminat;
- Əmək haqqı 1000 AZN + bonus (KPİ bonus).
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Qrafik Dizayn üzrə Aparıcı \ Baş mütəxəssis ” qeyd etmələri xahiş olunur.