Bolt Azerbaijan
Çağrı mərkəzi operatoru
Son tarix 18 mar 2025 - [email protected]
Bolt şirkətinin sahibkarlar üçün ayrılmış çağrı mərkəzinə təcrübəli operator tələb olunur.
Tələblər:
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti.
- Müştəri xidmətlərində və xüsusilə çağrı mərkəzlərində minimum 1 il iş təcrübəsi.
- Taksi sahəsində təcrübə arzu olunandır.
Vəzifə öhdəlikləri:
- Daxil olan hər bir zəngi təlimatlara əsasən cavablandırmaq.
- Yazılı müraciətlərə cavab vermək.
- Problemləri dərindən araşdırmaq və həll etmək.
- Müştərilərin rəylərini və problemlərini rəhbərliyə bildirmək.
- Müştərilərə geri zənglər etmək.
İş qrafiki:
- İstehsalat təqviminə tam uyğun, həftəlik 40 saat.
- Standart iş rejimi həftəiçi 5 gün, saat 09:00 - 18:00 arası təyin olunmuşdur.
- Həftəlik 40 saatı keçməmək şərti ilə əvvəldən razılaşdırılaraq işçiyə qeyri-standart iş rejimi təklif oluna bilər (məsələn, çərşənbə - bazar).
- İlkin olaraq gecə növbəsi nəzərdə tutulmayıb, lakin sonradan əlavə maaşla tətbiq oluna bilər.
- Ödənişli əlavə iş saatları təklif oluna bilər.
Bu vəzifə üçün aylıq maaş standart olaraq 600 AZN-dən başlayır.
Maraqlanan şəxslərdən öz CV-lərini elektron poçtuna mövzu bölməsində "Çağrı mərkəzi operatoru" qeyd edərək göndərmələri xahiş olunur.