“Bank Respublika” ASC “İnformasiya Texnologiyalarına Dəstək Departamentinin İnfrastruktur şöbəsinə kiçik mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• ATM və Ödəniş terminallarının mütəmadi profilaktikası və təmiri;
• İnkosassiya prosesində yaranan problemlərin aradan qaldırılması;
• Kasetlərin bir nominaldan başqa nominala dəyişdirilməsi;
• Yeni ATM və ödəniş terminallarının quraşdırılması, proqramlaşdırılması və monitorinqi.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• IT sahəsində 1 ildən artıq iş təcrübəsi arzuolunandır;
• Format, tam diaqnostika (Windows7/ 8.1/ 10 nun quraşdırılması və sazlanması üzrə biliklər və iş təcrübəsi) bacarığı;
• Bütün növ proqramların quraşdırılması üzrə biliklər;
• MS Outlook, Word, Excel (2016/2019) üzrə biliklər;
• ATM və ödəniş terminallarının iş prinsipinə dair biliklər;
• ATM və ödəniş terminallarının elektron və mexaniki hissələri barədə biliklər;
• ATM və ödəniş terminallarının fəaliyyət göstərən proqram təminatının sazlanması, baş verən xətaların müəyyən olunması və aradan qaldırılması üzrə biliklər;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili texniki səviyyədə arzuolunandır;
• B kateqoriya sürücülük vəsiqəsi;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həlletmə bacarığı;
• Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “İnfrastruktur şöbəsi kiçik mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.