AL Market - Satıcı-kassir
Ümumi məlumatlar
AL Marketlər şəbəkəsində karyerasını qurmaq istəyən namizədlərin nəzərinə!
İş haqqında məlumat
Vakansiyalar: - Satıcı-kassir
İş şərtləri
Iş qrafiki növbəlidir. Həftədə bir gün istirahət
İş yeri Bakı və Bölgələr
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi - 29.08.2022
Web ünvanı - http://azersunhr.com
Merçendayzer (Lənkəran)
Ümumi məlumatlar
● Merçendayzer kimi 1 il iş təcrübəsi;
● Yüksək ünsiyyət qurma bacarığı olmalı;
● Pozitiv və gülərüz olmalı;
● Müştəri və satış fokuslu olmalı;
● Riyazi hesablama qabiliyyəti olanlara üstünlük verilir.
İş haqqında məlumat
● Təyin edilmiş ticarət məntəqələrinə verilmiş plana əsasən getmək;
● Şirkətin məhsullarının ticarət məntəqələrində standartlara uyğun düzülüşünü təşkil etmək;
● Ticarət məntəqələrindəki məhsullarının qiymət etiketinin olmasına nəzarət etmək;
● Şirkətin yeni məhsulları üçün promo aksiyaların təşkilində iştirak etmək;
● Ticarət məntəqələrində şirkət avadanlıqlarını qurmaq;
● Malların istehsal tarixini və əmtəə görünüşünü yoxlamaq;
● Ticarət məntəqəsində olmayan məhsullar haqqında məlumatı satış şöbəsinə bildirilmək;
● Gündəlik fəaliyyət hesabatlarını rəhbərliyə təqdim etmək
İş şərtləri
Həftə içi 5 gün
İş yeri Lənkəran
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 23.07.2022
Web ünvanı www.hr.azersun.com
Mühasib (Qazax)
Ümumi məlumatlar
• Ali təhsil (maliyyə, iqtisadiyyat və ya mühasibatlıq ixtisası üzrə);
• Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum1 il);
• Vergi məcəlləsini bilməli;
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
• 1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
• Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.
İş haqqında məlumat
• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması;
• Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi.
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
• Email-in mövzu hissəsində “Mühasib (Qazax)” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri
Həftə içi 5 gün, 09:00-18:00
İş yeri Qazax
Qəbul ediləcək işçi sayı 1
Son müraciət tarixi 05.08.2022
Web ünvanı www.azersun.com
Al market-Arxivçi (Qaradağ.ray)
Ümumi məlumatlar
- Ali təhsilli olmalı;
- 20-30 yaş aralığında olmalı;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook və s.) bilməli;
- Stress altında işləmə bacarığı;
- Analitik düşünmə, iş planlama qabiliyyətləri.
İş haqqında məlumat
- Arxivdə mövcud olan texniki layihələrin və sənədlərin arxiv tərtibatına uyğun saxlanılmasını təmin etmək
- Texniki layihələrin və sənədlərin arxivləşdirilməsi,təhvil alınma və verilməsinin qeydiyyatını aparmaq
- Müəssisə üçün əhəmiyyətli sənədlərin hazırlanması,qeydiyyata alınması, saxlanması və toplanmasını təmin etmək;
- Arxiv məlumatlarını elektron formada yaratmaq və saxlamaq;
- Müvafiq arxiv materiallarının və hüquqi sənədlərinin həqiqiliyini yoxlamaq və qiymətləndirmək.
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
• Email-in mövzu hissəsində “Al Marketlər - Arxivçi” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri
Həftə içi 5 gün, saat 09.00-18.00
İş yeri Qaradağ ray.
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 31.07.2022
Web ünvanı Azersun Holdinq MMC
Qaradağ depo - Avtokar sürücüsü (Sahil qəs.)
Ümumi məlumatlar
- Ən azı orta təhsilli olmalı;
- Texniki sertifikatı olmalı;
- Məsuliyyətli və diqqətli olmalı;
- Yaxşı səviyyədə texniki biliyə sahib olmalı.
- Minimum 1 il iş təcrübəsi tələb olunur
İş haqqında məlumat
- Malların avtomobillərə yüklənməsi və boşaldılması;
- Adına təhkim olunmuş avtokarın sazlığına daima nəzarətin edilməsi;
- Malların avtokar vasitəsi ilə anbar ərazisində düzgün və sağlam yerləşdirilməsi;
- İş zamanı əməyin texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
İş şərtləri
Həftədə 1 gün istirahət
İş yeri Qaradağ ray, Sahil qəs.
Qəbul ediləcək işçi sayı 4
Son müraciət tarixi 05.08.2022
Web ünvanı : www.hr.azersun.com
Biləsuvar Bazarstore Kassir, Satıcı, Səbətçi, Qəssab, Nəzarətçi
Ümumi məlumatlar
Bazarstore Mağazalar şəbəkəsində karyerasını qurmaq istəyən namizədlər aşağıdakı vakansiyalar üzrə qeydiyyatdan keçərək müraciət edə bilərlər.
İş haqqında məlumat
- Satıcı (orta şöbə)
- Satıcı (un məmulatları)
- Satıcı (meyvə-tərəvəz)
- Satıcı (soyuq qidalar)
- Kassir;
- Səbətçi;
- Qəssab;
İş şərtləri
İş qrafiki növbəlidir. Həftədə bir gün istirahət. Nahar şirkət tərəfindən təmin olunur.
İş yeri Biləsuvar şəh. Heydər Əliyev küçəsi 53. 1№li məktəbin yanı, Biləsuvar şəhər icra hakimiyyətinin yanı.
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 16.07.2022
Web ünvanı www.hr.azersun.com
Operator (yağ qəbulu) - Sumqayıt
Ümumi məlumatlar
* Proses parametr və ölçü dəyərlərinin kompyuter üzərindən girilməsi qaydalarını bilməli;
* Avtomatik, elektron cihazlarının sadə xüsusiyyətlərini bilməli;
* Qatqı maddələri və kimyəvi maddələrin xüsusiyyətlərini, hazırlama və istifadə qaydasını bilməli;
* Yağların çənlərə yığımı, saxlanılması və mühafizəsi qaydalarını bilməli;
* İstehsalatda hesabatların aparılması və proses ilə texnoloji qeydlərin aparılamsını bilməli;
* İş təhlükəsizliyi-İşçi sağlamlığı, Sanitariya və Ekologiyanın Mühafizəsi tədbirlərini bilməli;
İş haqqında məlumat
* Reseptə uyğun olaraq emulqator məhlulları hazırlamaq;
* Kompyuterdən proses göstəricilərini, yağ anbarlarını izləmək və istehsal planını davamlı təqib etmək.
* Yağın rəng və ND-50 analizləri üçün yağ nümunəsi alıb, laboratoriyaya vermək.
* Analiz nəticələri normal olan yag fazlarını uygun istehsal xətlərinə yönləndirmək:
* Istehsal ilə əlaqəli qatqı maddələrinin miqdarını təqib etmək.
* Lazımlı hesabatları aparmaq və qeydləri tutmaq
İş şərtləri
Növbəli iş qrafiki
İş yeri Sumqayıt
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 01.08.2022
Web ünvanı hr.azersun.com
Promouter (Şamaxı)
Ümumi məlumatlar
- Satış və təqdimat bacarığı
- Ünsiyyətcil, aktiv olmalı
- Qadın namizədlərə üstünlük verilir.
İş haqqında məlumat
Məhsullar haqqında müştərilərə məlumatların verilməsi.
İş şərtləri Həftə içi 5 gün
İş yeri Şamaxı
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 23.07.2022
Web ünvanı www.hr.azersun.com
Help Desk təcrübəçi (Qaradağ, Sumqayıt )
Ümumi məlumatlar
• Aidiyyatı sahə üzrə ali təhsil;
• Əməliyyat sistemlərini bilməli;
• CCNA , Microsoft OS sertifikatları arzu olunandır;
• Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
• Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;
• İnsanlarla qarşılıqlı ünsiyyət qurmağı və öz fikrini sərbəst ifadə etməyi bacarmalı;
• Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
• Ezamiyyətlərə gedə bilməlidir.
İş haqqında məlumat
• Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;
• Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi;
• İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;
• Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması;
• Kompüter, proqram təminatı ilə bağlı məslələr üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi;
• PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;
• Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
• Email-in mövzu hissəsində “Al Market - Help Desk təcrübəçi” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri
Həftə içi 5 gün.
İş yeri Qaradağ ray. və Sumqayıt şəh.
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 20.07.2022
Web ünvanı http://Az?rsun Holdinq MMC
İnsan resursları üzrə mütəxəssis (Cəbrayıl)
Ümumi məlumatlar
• İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
• MS Office, Elektron Hökümət Portalından, SAP sistemindən istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
• AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
• Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.
İş haqqında məlumat
• Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması;
• Əmək kitabçalarına qeydiyyatların aparılması;
• Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərini rəsmiləşdirilməsi;
• İşçilərin tibbi müayinədən keçirilməsi və illik təqib edilməsi;
• Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir. Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında səbəblərini qeyd etməklə raport tərtib edir. Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır. İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir.
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
• Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis (Cəbrayıl)” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri
Həftə içi 5 gün, 09:00-18:00
İş yeri Cəbrayıl
Qəbul ediləcək işçi sayı 1
Son müraciət tarixi 29.07.2022
Web ünvanı www.azersun.com
Bazarstore Kassir, Satıcı,Səbətçi,Qəssab
Ümumi məlumatlar
Bazarstore Mağazalar şəbəkəsində karyerasını qurmaq istəyən namizədlər aşağıdakı vakansiyalar üzrə qeydiyyatdan keçərək müraciət edə bilərlər.
İş haqqında məlumat
- Satıcı (orta şöbə)
- Satıcı (un məmulatları)
- Satıcı (meyvə-tərəvəz)
- Satıcı (soyuq qidalar)
- Kassir;
- Səbətçi;
- Qəssab;
İş şərtləri
İş qrafiki növbəlidir. Həftədə bir gün istirahət. Nahar şirkət tərəfindən təmin olunur.
İş yeri - Nəsimi rayonu, Nizami rayonu, Səbail rayonu, Xətai rayonu, Binəqədi rayonu, Yasamal rayonu, Masazır qəsəbəsi, Xırdalan şəhəri, Nərimanov rayonu
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 28.07.2022
Web ünvanı www.azersun.com
Nəzarətçi (xanım və bəy)
Ümumi məlumatlar
- 20-30 yaş aralığında namizədlər;
- Fiziki cəhətdən sağlam və mühafizə üçün yararlı olmalı;
- Boy kriteriyası:
- Xanımlar 165 sm-dən yuxarı olmalı;
- Kişilər 175 sm-dən yuxarı olmalı;
İş haqqında məlumat
- Təsdiq edilmiş İş Qrafikinə uyğun olaraq xidməti təşkil etmək;
- Rəsmi porsedurlara əsasən obyekt və postu təhvil almaq və təhvil vermək;
- Müəssisə işçilərinin və qonaqların giriş-çıxışlarını qeydiyyata almaq və nəzarət etmək;
- Məsul olduğu obyekt və postlarda səlahiyyəti daxilində təhlükəsizlik mühiti yaratmaq;
- Tabe olduğu rəhbərlər tərəfindən verilən qanuni təlimat və göstərişləri yerinə yetirmək:
İş şərtləri
İş qrafiki növbəlidir. Həftədə bir gün istirahət. Nahar şirkət tərəfindən təmin olunur.
İş yeri Nəsimi rayonu,Nizami rayonu,Nərimanov rayonu,Səbail rayonu,Xətai rayonu,Binəqədi rayonu,Yasamal rayonu
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 15.07.2022
Web ünvanı www.azersun.com
Kimyaçı (Kiçik) mühəndis
Ümumi məlumatlar
- Kimya mühəndisliyi üzrə ali təhsili olmalı:
- Növbəli iş rejimində işləyə bilməli;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı olmalıdır.
İş haqqında məlumat
- Standartlarına uyğun nümunələrin alınması;
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Laboratoriyada işlənilən məhlul və qarışıqların hazırlanması;
- İstehsalat hesabatlarının hazırlanması.
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
• Email-in mövzu hissəsində “Kimyaçı (kiçik) mühəndis” qeyd etməyiniz xahiş olunur.
• İş yeri:İmişli,Biləsuvar Kürdəmir
• İş qrafiki: Növbəli
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
İş şərtləri Növbəli
İş yeri İmişli, Biləsuvar, Kürdəmir
Qəbul ediləcək işçi sayı 4
Son müraciət tarixi 09.07.2022
Web ünvanı hr.azersun.com
Satış Üzrə Bölmə Rəisi (Bölgələr)
Ümumi məlumatlar
• Ali təhsilli olmalı;
• Müvafiq sahədə rəhbər vəzifədə 3-5 il iş təcrübəsi olmalı;
• B kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
• Analitik düşünmə və idarəçilik qabiliyyətinə malik olmalıdır.
İş haqqında məlumat
• Ərazi daxilində müvafiq məhsulların satışını təşkil etmək və nəzarətini həyata keçirməli;
• Tabeçiliyində olan işçilərin iş planını və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarına nəzarət etməli;
• Tabeçiliyində olan işçilərin satış hədəflərinə çatmaq üçün həvəsləndirmələr etməli;
• Müştəri üzrə aylara görə müqayisəli satış məlumatlarını analiz etməli;
• Satış təmsilçilərinin ziyarət etməli;
• Satış uğuru faizlərini həftəlik olaraq nəzarət etməli;
• İllik satış büdcəsini hazırlanmasında iştirak etməli;
• Satış nöqtələri və istehlakçılar ilə görüşmələr etməli;
• Məhsulların keyfiyyəti haqqında müştərilərə məlumat verməli;
• Məhsulların satış nöqtələrinə çatdırılmasına nəzarət etməlidir.
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
• Email-in mövzu hissəsində “Satış üzrə bölmə rəisi(Bölgələr)” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri
İş qrafiki: Həftə içi 5 gün
İş yeri Bölgələr
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 15.07.2022
Web ünvanı hr.azersun.com
Yanğınsöndürən avtomobil sürücüsü
Ümumi məlumatlar
- Komandada işləmək bacarığı;
- Yanğısöndümə sahəsində azı 5 il iş təcrübəsi və ya təqaüdə ayrılmış;
- FHN DYNX və DYMX – dən təqaüdə çıxanlar.
İş haqqında məlumat
- Müəssisənin Yanğınsöndürən avtomobillərini sürmək, onlara texniki qulluq etmək və daimi saz vəziyyətdə saxlamaq;
- Ərazidə olan yağınsöndürmə hidrantları, odsöndürücü bolonları rüblük yoxlamaq və işlək halda saxlanmasına nəzarət;
- Yanğın təhlükəsizlik qaydalarını müəsisə ərazisində təkmilləşdirmək;
- Xüsusi Yanğın döyüş geyimlərini, yanğın üçün FMV-lər, oksigen balonları və digər qoruyucu geyim formalarına qulluq etmək, daim işlək vəziyyətdə saxlamaq;
- Müəsisə ərazisində digər xidmət aparan əməkdaşlara yanğısondürmə təlimini praktik olaraq izah etmk;
- Həyəcan siqnallarına daimi hazır olmalı və adekvat olaraq yanğın yerinə çatmalı;
- Yanğın döyüşçüləri ilə müntəzəm olaraq müəsisə ərazisində təlimlər keçməli;
- Müəssisəni zəruri ləvazimatlar ilə təmin etmək, onların mühafizəsi və vaxtında təmir olunmasına nəzarət etmək.
İş şərtləri 6 iş günü
İş yeri Dreamland
Qəbul ediləcək işçi sayı 1
Son müraciət tarixi 23.07.2022
Web ünvanı www.azersun.com
İnsan resursları üzrə mütəxəssis (Kürdəmir)
Ümumi məlumatlar
• İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
• MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
• AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
• Miqrasiya məcəlləsini bilməli;
• Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.
İş haqqında məlumat
• Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
• Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
• Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması;
• Əmək kitabçalarına qeydiyyatların aparılması;
• Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərini rəsmiləşdirilməsi;
• İşçilərin tibbi müayinədən keçirilməsi və illik təqib edilməsi;
• Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir. Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında səbəblərini qeyd etməklə raport tərtib edir. Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır. İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir.
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
• Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri Həftə içi 5 gün, 09:00-18:00
İş yeri - Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Qəbul ediləcək işçi sayı 1
Son müraciət tarixi 21.07.2022
Web ünvanı www.azersun.com
İnsan Resursları üzrə Aparıcı Mütəxəssis
Ümumi məlumatlar
• Ali təhsilli olmalı;
• Müvafiq sahə üzrə 5 il təcrübəsi olmalı;
• Əmək qanunvericiliyinin əsaslarını, normativ, metodik və digər rəhbər materialları bilməli;
• İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyi bilməli;
• Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını üzrə lazımi sənədlərin tərtib edilməsini bilməli;
• Əmək proseslərinin təşkili, sosial psixologiya və sosiologiyanın əsaslarını bilməli;
• Əməyin və idarəçiliyin təşkil olunmasının əsaslarını bilməli;
• Əməyin mühafizəsi normalarını və daxili nizam qaydalarını bilməli;
• Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməli;
• İşgüzar ünsiyyəti və peşə etiketi qaydalarını bilməli.
İş haqqında məlumat
• Yeni işə qəbul edilən işçilərin bütün sənədləşmə işini təşkil etmək;
• Vəzifə dəyişikliyi ilə bağlı sənədləşməni həyata keçirmək;
• Elektron hökumət portalında yeni işçilərin əmək müqavilələrinin bağlanılması, dəyişdirilməsi və xitam verilməsi barədə bildirişlərini qeydiyyata almaq;
• Işçilərin şəxsi işlərini hazırlamaq;
• Vəzifə dəyişikliyi zamanı şəxsi işlərə əlavələr etmək;
• Əmək müqavilələrinə xitam verilən işçilərin şəxsi işlərini hazırlayaraq arxivləşdirmək;
• Texniki tədbirlərin görülməsini təmin etmək, işə qəbulla bağlı sənədlər imzalanmalı, elektron ünvan açılmalı;
• Işçinin ofis daxilində yerləşdirilməsi və texniki baxımdan hazırlığı təmin etmək;
• Yeni işçini iş yeri, rəhbər və iş yoldaşları ilə tanış etmək;
• Yeni işçilərə ümumi təqdimatın keçirilməsini təşkil etmək;
• Sınaq müddəti ərzində yeni işçilərin uyğunlaşmasını təqib etmək;
• Ştat cədvəlinin tərtib edilməsi və daim yenilənməsi təmin etmək;
• Işçilərlə bağlı müxtəlif xarakterli əmrlərin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini təmin etmək;
• Illik məzuniyyət qrafikinin hazırlanması və təsdiqindən sonra icrasını təmin etmək;
• Struktur bölmələr üzrə davamiyyət tabellərinin yoxlanılması və təsdiqlənməsini təmin etmək;
• İmzalanmış əmrlərin aidiyyəti strukturlara göndərilməsini təmin etmək;
• İşçilərin istehsalatda bədbəxt hadisələrə qarşı icbari sığortası barədə müvafiq qurumlara yazılı məlumat vermək;
• İcazələrin və xəstəlik vərəqələrinin qeydiyyatını aparmaq;
• Əmək kitabçalarının qeydiyyatını aparmaq və müvafiq hissələrini doldurmaq;
• Əmək müqavilələrinin və onlara əlavələrin yazılması, qeydiyyatını aparmaq;
• Işçilərin sertifikasiya planını hazırlamaq və bu plana nəzarət etmək;
• Kurs əmrlərini hazırlamaq və təsdiqlənməsini təqib etmək;
• Qanunvericiliyə uyğun olaraq bütün sənədləşmə işlərinin aparılmasını təmin etmək;
• Təhvil-təslim aparılmasına nəzarət etmək;
• Işçi ilə çıxış vərəqəsinin doldurulmasını təşkil etmək;
• İmzalanmış əmrlərin aidiyyəti strukturlara göndərilməsini təmin etmək;
• Elanların Heyətə bildirilməsini təşkil etmək;
• Struktur bölmələrdən daxil olan bütün aidiyyəti yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemləri həll etmək və ya həlli yollarını təklif etmək.
İş şərtləri - Həftə içi 5 gün, 09:00-18:00
İş yeri Heydər Əliyev pr, 92a
Qəbul ediləcək işçi sayı 1
Son müraciət tarixi 20.07.2022
Web ünvanı www.azersun.com
Al Marketlər - Büdcə Planlama üzrə Mütəxəssis
Ümumi məlumatlar
• Maliyyə/muhasibatlıq təhsili olmalı;
• MUBS təcrübəsi/bilməsi arzu olunandır;
• Mövcud sahədə ən azı 3 illik təcrübəyə malik olmalıdır;
• ERP təcrübəsi SAP arzu olunandır;
• BPC proqramında işləmək təcrübəsi üstünlükdür.
İş haqqında məlumat
• Gündəlik satış fəaliyyət hesabatlarının Power BI sistemində yenilənməsini təmin etmək;
• Aylıq büdcə gerçəkləşmə hesabatlarının hazırlanıb müvafiq şöbələrə yönləndirilməsi;
• Hesabatların hazırlana bilməsi üçün BPC proqramında mağazalara əlaqəli məlumatların daxil edilməsi;
• Büdcə rəqəmlərinin daxil edilə bilməsi üçün giriş ekranlarının yoxlanılması və test edilməsi;
• BPC proqramına büdcə rəqmələrinin girilməsi üçün müəssisə xərc mərkəzləri, hesablar və digər ölçmə meyarlarının (ölçülərinin) proqrama əlavə edilməsi və hazır hala gətirilməsi;
• BPC proqramına büdcə məlumatlarının daxil edilməsi və ya büdcə sahiblərinə məlumatların daxil edilməsində köməklik göstərmək;
• Hesabatların hazırlanması zamanı baş verən xətalar və ya uyğunsuzluğun aradan qaldırılması üçün əlaqəli şöbələr və ya xidmət göstərən təşkilatlarla əlaqə yaratmaq, nasazlığı, problemi bildirmək və aradan qaldırıldıqdan sonra test etmək;
• Rəhbərliyin tapşırıqlarına və büdcə şöbəsinə tapşırılmış işlərdə iştirak etmək köməklik göstərmək.
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
• Email-in mövzu hissəsində “Al Marketlər - Büdcə Planlama üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri İş qrafiki: həftə içi 5 gün
İş yeri Bakı ş.
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 12.07.2022
Web ünvanı hr.azersun.com
Qazanxana və Kompressor sahə rəisi
Ümumi məlumatlar
• Ali texniki təhsil
• Qazanxana və Kompressor istilik sistemləri sahəsində ən azı 3 il iş təcrübəsi ;
• Şirkətin İstehsal, Keyfiyyətə Nəzarət və Təmir Baxım strategiyasını və əlaqədar qaydalarını bilməli,
• Dövlət standartları, sahə üzrə texniki-normativ sənəd və metodikalarını bilməli,
• Şirkətin bütün Əsasnamə və daxili qanunlarını bilməli,
• Yağ sənayesi və yağların xüsusiyyətlərini bilməli,
• Fabrika su təsərrüfatı, yumşaq su hazırlama, Təzyiqli hava, Soyutma-İsitmə sistemini və istehsal olan məhsulların xüsusiyyyətlərini, soyutma və isitmə texnologiya reglamentini bilməli,
• Qazanxana və kompressor sahə avadanlıq və təchizatların Texnologiya Layihəsinə uyğun montajı, demontajı və yer dəyişdirilməsi qaydalarını bilməli,
• Qazanxana və kompressor sahə avadanlıq, təchizat və ehtiyat hissələri konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilməli,
• Prosesin nəzarət və kritik nəzarət nöqtələrini, nəzarət metodlarını, proses parametrlərini təsbit etməyi bilməli,
• Sahə avadanlıqları üzrə texniki parça və materialların ömür müddəti və sifariş ediləcək ehtiyat miqdarlarını təyin edərək minumum ehtiyat saylarını bilməli,
• Təmir və Baxım Planlarını analiz edib, Baxım Planlarını hazırlamağı BOYS programı üzərindən təqibini bilməli
• Hissə sərfiyyatı üzrə avadanlıqların faydalı iş əmsalını analiz edərək, qabaqlayıcı qərarlar almağı bilməli,
• Qüsur cədvəlləri ilə ehtiyat hissələri siyahısını hazırlamağı və minimum ehtiyat miqdarını bilməli,
• Prosesdəki uyğunsuzluqların texniki səbəblərini, lazımı tədbirləri almağı və uyğunsuzluqları aradan qaldırmağı bilməli,
• Texniki işlərin taləbatına görə xarici bölmələrlə əlaqə qurmağı bilməli,
• İstehsal planlaması ilə əlaqədar qaydaları və metodları bilməli,
• İş Təhlükəsizliyi-İşçi Sağlamlığı, Kanalizasiya və Ekologiyanın Mühafizəsi tədbirlərini bilməli İş haqqında məlumat
İş haqqında məlumat
• Sahələrə bağlı yeni qurğuların qurulması və ya prosesdəki dəyişikliklərdə avadanlıq və təhcizatlatların layihələndirilməsi, yerləşdirilməsi, montaj və demontajı, formların, prosedur, iş təlimatlarının hazırlanmasında iştirak etmək və tətbiqləri yoxlamaq,
• Avadanlıq və təchizatların istehsal layihələrinin çəkilməsindən iştirak etmək və layihəyə uyğun avadanlığın qurulmasını, montajını etmək,
• Bütün maşınların siyahısını çıxardaraq, əskik olan maşınların texniki kataloqlarını və ehtiyat hissələri siyahılarını təmin etməklə arxivlənməsini təmin etmək,
• Prosesdəki bütün avadanlıq, maşınların təlimatlara uyğun düzgün işlədilməsinə, test edilməsinə nəzarət etmək və təmir-baxım planlarını hazırlayaraq, BOYS proqramı üzərindən tətbiqləri təşkil etmək,
• Maşınların köhnəlmə müddətlərini nəzərə alaraq, bütün ehtiyat hissələri üçün minimum ehtiyat say üzrə çalışmanı etmək və bu parçaların ehtiyat miqdarlarını Unity, eBA proqramında təqib edib, minimum olduqda sifarişinin açılması üçün Texniki Planlama mütəxəssisini yazılı məlumatlandırmaq,
• Sahələr üzrə təmir edilə bilən ehtiyat hissələri, texniki vəsaitləri təsbit edib, Mexaniki sahədə təmirini aparmaq
• İşin gedişatını araşdıraraq, araşdırmalar etmək, yenilikçi və iqtisadi yönlü olub, səmərəli və etibarlı işlərin qurulmasını, minimum itki ilə yüksək keyfiyyətdə məhsul istehsalı üçün texniki təkliflər və fəaliyyətlərdə iştirak etmək,
• Prosesdə texniki çıxa biləcək və ya çıxan uyğunsuzluqlar üçün Düzəldici və Önləyici fəaliyyətlərdə olmaq,
• Ehtiyac duyulan elektrik, elektronik parça və hissələrin və elektrik sahəsində istifadə edilən materialların istifadə ömürlərini nəzərə alaraq, Texniki Planlama mütəxəssisi tərəfindən Texniki Kartlarını hazırlanması və sifarişinin açılılmasını təqib etmək,
• İstehsal planına görə istehsalın ən məhsuldar şəkildə və istənilən miqdarda prosedurlara uyğun reallaşdırılması üçün kadrosundaki texniki personalları təlimatlandırmaq, istiqamətləndirmək və işlərin icrasını nəzarət altında saxlamaq,
• Aparılan Təmir və Baxımlara nəzarət və analiz edib, təmir sayını azaldacaq qabaqlayıcı baxım planları üçün təkliflər vermək,
• Ehtiyat hissələri və texniki materialların daha uzun ömürlü istifadə etmək üçün təkliflər vermək,
• Təchizatların iş performanslarına nəzarət edərək, diaqramlar etmək, məhsuldarlığı az və qüsurlu təchizatları Rəhbərliyə bildirmək,
• Sənəd qeydiyyatı işlərinin Keyfiyyət İdarəetmə Sisteminə uyğun edilməsini, dosyalanmasını, revize edilməsini, arxivlənməsini, mühafizə edilməsini, gizli tutulmasını və Mərkəzi Arxivə göndərilməsini təmin etmək,
• Sahə üçün alınacaq işçinin nəzəri, praktik məlumat səviyyəsini yoxlamaq, personalın məlumat, təcrübəsini yüksəldəcək iş başı tədrisləri vermək,
• İstehsal planını nəzərə alaraq, tabeliyində olan personalların növbə qrafikini, məzuniyyət qrafikini hazırlamaq,
• İş təhlükəsizliyi-işçi sağlamlığı, sanitariya və ekologiyanın mühafizəsi istiqamətindəki qərar və tədbirlərin alınmasında iştirak etmək
• Qida təhlükəsizliyiylə əlaqədar problemləri aradan qaldırmaq üzrə lazımı fəaliyyəti başlamaq/tələb etmək.
• Qida təhlükəsizliyi ilə əlaqədar müştəri şikayətlərinin araşdırılmasında, həll olunması və raporlanmasında çalışmaq.
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
• Email-in mövzu hissəsində “Qazanxana və Kompressor sahə rəisi” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri 5 günlük (normal) iş rejimi, yemək təminatı və işə gediş-gəliş üçün servis təminatı.
İş yeri Sumqayıt şəh., Bakı Qida və Yağ fabriki MMC
Qəbul ediləcək işçi sayı 1
Son müraciət tarixi 01.08.2022
Web ünvanı [email protected]
Al Marketlər - Daşınmaz əmlakların araşdırılması üzrə kiçik mütəxəssis
Ümumi məlumatlar
• Ali və ya orta peşə təhsilli olmalı;
• Dil bilikləri: Rus, İngilis (arzuolunan), Türk (arzuolunan)
• Sürücülük vəsiqəsi - B kateqoriya
• Sənədləşmə və yazışma işlərini bacarmalı;
• MS Office proqramlarını orta səviyyədə bilməli;
• Araşdırma qabiliyyəti yüksək olmalı;
• Planlama və təşkilatçılıq bacarığı olmalı;
• Ünsiyyət və gözəl nitq qabiliyyətinə malik olmalıdır.
İş haqqında məlumat
• Standartlara uyğun mağaza obyektlərinin tapılması;
• Mövcud və açılacaq mağazaların dövlət orqanları ilə müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi;
• Müxtəlif növ qəbzlərin ödənilməsini və nəzarətini təmin etmək;
• Müxtəlif növ vergilərin ödənilməsinə nəzarət etmək;
• Aylıq, rüblük və illik fəaliyyət hesabatlarını hazırlamaq.
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
• Email-in mövzu hissəsində “Al Marketlər - Daşınmaz əmlakların araşdırılması üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri
İş qrafiki: həftə içi 5 gün
İş yeri Bakı ş.
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 10.07.2022
Web ünvanı hr.azersun.com