Şirkət:“AzəriMed“ QSC
Vakansiya: Piyada Kuryer
Tələblər:
- Yaş: 18-30 yaş;
- Müvafiq sahədə təcrübə tələb olunmur;
- Cəld, dəqiq və işində məsuliyyətli olmalı;
- Bakı və Bakı ətrafı əraziləri yaxşı tanımalı.
Vəzifə öhdəlikləri:
- Dərman preparatlarının müvafiq ünvana çatdırılması;
- Təyin olunmuş yerlərdə dərman preparatlarının təhvil-təsliminin həyata keçirilməsi;
- Sifarişlərin çatdırılması Bakı və Bakı ətarfı ərazilərdə həyata keçirilir.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Yol xərcləri və korporativ nömrə şirkət tərəfindən təmin olunur
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Piyada Kuryer” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Şirkət: “AzəriMed“ QSC
Vakansiya: Əczaçı
Tələblər:
- Təhsil: Tibb təhsili (Ali və ya orta ixtisas);
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
- Kompüter bilikləri: MS office proqramlarını (Word, Excel) orta səviyyədə bilməli;
- İşində dəqiq və məsuliyyətli olmalıdır.
Vəzifə öhdəlikləri:
- Müştərilərə məhsul seçimində köməklik göstərmək;
- Dərman preparatları və tibbi ləvazimatların satış prosesini həyata keçirmək;
- Aptekə daxil olan malları yoxlamaq, tərkiblərinə uyğun və tələb olunan qaydada yerləşdirmək;
- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət yetirmək;
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
- Sifarişi dəqiq və vaxtında yerinə yetirmək.
İş şəraiti:
- İş qrafiki: Növbəli
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Əczaçı” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-58-71 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Şirkət: “AzəriMed“ QSC
Vakansiya: Müştəri xidmətləri üzrə operator
Tələblər:
- Təhsil: Tibb təhsili (Ali və ya orta ixtisas təhsili);
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür
- Dil bilikləri: Azərbaycan dili və Rus dili mütləqdir;
- Effektiv kommunikasiya bacarığı;
- Səbrli və işində məsuliyyətli.
Vəzifə öhdəlikləri:
- Dərman preparatları və tibbi ləvazimatların sifariş prosesinin həyata keçirilməsi;
- Zəng və ya onlayn tətbiq üzrə sifarişlərin qəbul edilməsi;
- Sifarişin dəqiq və vaxtında yerinə yetirilməsi;
- Müştərilərə dəqiq, düzgün və dolğun məlumat verilməsi.
İş şəraiti:
- İş qrafiki: Növbəli
- Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Müştəri xidmətləri üzrə operator” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Şirkət: “AzəriMed“ QSC
Vakansiya: Sürücü
Tələblər:
- Yaş: 30-45;
- Təcrübə: Yük maşınlarının idarə olunmasında 1-3 il təcrübə;
- Sürücülük vəsiqəsi: B və C kateqoriyası mütləqdir (D kateqoriyası üstünlükdür);
- Şəhər ətrafı əraziləri yaxşı tanımalı;
- İşində dəqiq və məsuliyyətli olmalı.
Vəzifə öhdəlikləri:
- Şirkətin anbarından dərman preparatlarının və ləvazimatların şəhər və bölgələrdəki apteklərə çatdırılmasını və təhvil-təslimini təmin etmək;
- Yol hərəkəti qaydalarına riayət edilməsi;
- İdarə edilən avtomobilin sazlığına və səliqəliliyinə daim nəzarət edilməsi;
- Tapşırıqların vaxtında və dəqiq icra olunması.
İş şəraiti:
- İş qrafiki: 08:30-17:30
- Ünvan: 1. Bakı dairəvi yol, Meyvəli bazarın yanı
- Ünvan: 2. Nərimanov rayonu, Asif Məmmədov 30
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Şirkət: “AzəriMed“ QSC
Vakansiya: İşə Qəbul üzrə Mütəxəssis (Rekruiter)
Tələblər:
- Bəy namizədlərə üstünlük verilir (iş strukturu bəy namizədlərə uyğundur);
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
- Təcrübə: İşə qəbul sahəsində minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili mütləq, Rus dili arzuolunandır;
- Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Peşəkar ünsiyyət qurma bacarığı;
- Yüksək səviyyədə təqdimat bacarığı;
- İşgüzar yazışma əsaslarını bilməli;
- Aktiv və komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
- Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili və keçirilməsi;
- İşçi ehtiyaclarının araşdırılmasında və ehtiyat bazanın formalaşdırılması;
- İşə qəbul üzrə statistikanın və analitikanın təşkili.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis (Rekruiter)” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Şirkət: “AzəriMed“ QSC
Vakansiya: Xadimə
Tələblər:
- Yaş: 30-45;
- Bu sahədə təcrübənin olması üstünlükdür;
- Təmizləyici vasitələrdən düzgün istifadə qaydasını bilməlidir;
- Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- Ofis və anbar ətrafı əraziləri təmizləmək;
- Müəyyən edilmiş qaydalara əsasən, gündəlik olaraq ümumi təmizlik və sanitariya işlərini yerinə yetirmək.
İş şəraiti:
- İş qrafiki: 08:00-17:00;
- Ünvan 1: Bakı dairəvi yol, Meyvəli bazarın yanı;
- Ünvan 2: Nərimanov rayonu, Asif Məmmədov küçəsi 30
Maraqlanan namizədlər mövzu hissəsində “Xadimə” qeyd edərək CV formasını cv@azerimed.com elektron ünvanına göndərə bilər.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz