AzəriMed QSC
İşə Qəbul üzrə Mütəxəssis (Rekruiter)
Son tarix 02 okt 2025 - [email protected]
Tələblər:
- Təcrübə: İşə qəbul sahəsində 1-3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili mütləq, Rus dili arzuolunandır;
- Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Peşəkar ünsiyyət qurma bacarığı;
- Yüksək səviyyədə təqdimat bacarığı;
- İşgüzar yazışma əsaslarını bilməli;
- Aktiv və komandada işləmək bacarığı;
- Çox saylı tapşırıqları idarə edə bilən.
Vəzifə öhdəlikləri:
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
- Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili və keçirilməsi;
- İşçi ehtiyaclarının araşdırılmasında və ehtiyat bazanın formalaşdırılması;
- İşə qəbul üzrə statistikanın və analitikanın təşkili;
- Əmək yarmarkalarının təşkili və koordinasiyası.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
- Əmək haqqı: 800-1000 AZN (Gross) - (başlanğıc olaraq nəzərdə tutulmuşdur, bilik və bacarıqlara uyğun olaraq təyin olunacaq)
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "İşə Qəbul üzrə Mütəxəssis (Rekruiter)" qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Məhsul üzrə menecer (Product manager)
Son tarix 02 okt 2025 - [email protected]
Tələblər:
- Yaş: 25-45;
- Tibb üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq və yazma bacarığı;
- Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir, əlavə xarici dil biliyi üstünlükdür;
- Komandada işləmə bacarığı;
- Peşəkar ünsiyyət qurma bacarığı;
- İnkişafa və öyrənməyə meyilli;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Analitik təfəkkür;
- İşində dəqiq və məsuliyyətli;
- Yüksək səviyyədə təqdimat bacarığı;
Vəzifə öhdəlikləri:
- Məhsulun satışının planlaşdırılması - bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması;
- Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi;
- Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması;
- Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması
- Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi;
- Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması;
İş şəraiti:
- Əmək haqqı: 1800-2000 AZN + Bonus sistemi mövcuddur.
- İş qrafiki: I-V günlər 09:00-18:00
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Məhsul üzrə menecer" qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-95-91 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.