AzerGold CJSC
İnformasiya təhlükəsizliyi üzrə baş mütəxəssis
Son tarix 23 okt 2022 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- ISO 270001 üzrə informasiya təhlükəsizliyinin idarə edilməsi çərçivəsinin və İT risklərinin idarə edilməsi proqramı bazasının işlənib hazırlanması və həyata keçirilməsinə nəzarət.
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi proseslərinin təkminləşdirilməsi.
- Bütün texnologiya layihələri, sistem və xidmətlər üzrə siyasət və standartların ardıcıl tətbiqini təmin etmək.
- Kibertəhlükəsizlik siyasəti və prosedurlarının bütün işçilərə çatdırılması və tələblərin yerinə yetirilməsini təmin etmək.
- Fəlakətin bərpası və işin davamlılığı planlarının yerində olmasını və sınaqdan keçirilməsini təmin etmək.
- Nəticələrin təhlili daxil olmaqla kibertəhlükəsizlik pozuntuları ilə bağlı insidentlərin idarə edilməsini həyata keçirmək.
- Müntəzəm təhlükəsizlik auditlərini həyata keçirmək.
- İnsidentlər zamanı texniki dəstək göstərmək.
- İdentifikasiya və girişin idarə edilməsinə nəzarət etmək.
- Komanda üzvlərinə müvafiq təlimlər keçirmək və məsləhət vermək.
- Kibertəhlükəsizlik riski və proqram yeniləmələri haqqında rəhbərliyə hesabat vermək.
- Layihə və ya əməliyyat xidmətlərinin bir hissəsi olaraqmüştərilərə İnformasiya Təhlükəsizliyi üzrə məsləhət xidmətləri göstərmək.
- GDPR uyğunluğu və təhlükəsizlik üzrə ən yaxşı təcrübələri paylaşmaqla kömək etmək.
- Qlobal miqyasda mövcud texniki mühiti nəzərdən keçirmək, dəyişikliklər təklif etmək, İT Təhlükəsizliyini təkmilləşdirmək üçün dəyişiklikləri idarə etmək.
- Yeni təhlükəsizlik imkanlarını və çağırışlarını müəyyən etmək və risklərin aradan qaldırılması üçün tədbirlərn görmək.
- Rəhbərlik tərəfindən digər vəzifələr təyin oluna bilər.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- HP, IMB, VMWare, Microsoft, Linux və s. kimi təchizatçılar daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq İT-nin bütün aspektləri üzrə mükəmməl bilik.
- Həm yerli, həm də bulud infrastrukturu üzrə mükəmməl bilik.
- Yaxşı ünsiyyət bacarıqları, məntiqi düşünmək bacarığı, problem həll etmə bacarığı,təşkilatçılıq bacarıqları, iş yükünü prioritetləşdirmək və vaxtı idarə etmə bacarığı.
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
- CISSP, CISA və CompTIA Security sertifikatları arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Kompüter Elmləri, İnformasiya Sistemləri ixtisasları üzrə ali təhsil.
- Risklərin idarə edilməsi informasiya təhlükəsizliyi və İT işlərinin kombinasiyası üzrə ən azı 3 il iş təcrübəsi.