AzerGold CJSC
Ekologiya üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı
Son tarix 27 apr 2026 - Müraciət et
İş şəraiti:
- İş yeri: Kəlbəcər rayonu
- İş növü: Tam
- Vakansiya sayı: 2
Vakansiyaya dair tələblər:
- Ətraf mühitin mühafizəsi sahəsində siyasətin və prosedurların tətbiqi: Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq Ətraf mühitin mühafizəsi üzrə tərtib edilmiş prosedurların gündəlik fəaliyyətlərdə düzgün tətbiqi istiqamətində müvafiq tədbirlər planının işlənməsində, hesabatların hazırlanmasında iştirak etmək və icrasını təmin etmək;
- Audit və təftiş: Sahədə aparılan audit işlərində iştirak etmək və təftişləri icra etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək.
- Uyğunsuzluqların idarəolunması: Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı həlledici təkliflər vermək, göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.
- Təlim və təlimatlandırma: İlkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək.
- Hadisələrin araşdırılması: Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək.
- Monitorinq və hesabatlılıq: Səlahiyyətləri çərçivəsində layihənin fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə ekoloji monitorinqin keçirilməsində və nəticələrə dair hesabatların hazırlanmasında iştirak etmək və kənara çıxma olduğu halda aidiyyəti üzrə təkliflər vermək;
- Ekoloji normativ və digər ətraf mühitin mühafizəsi ilə bağlı texniki sənədlərin tərtib edilməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
- Müəssisənin fəaliyyəti nəticəsində formalaşan tullantılar üzrə hesabatların aparılmasında və tullantıların idarə edilməsində iştirak etmək;
- Müəssisənin fəaliyyətinə uyğun ekoloji aspektlərin müəyyən edilməsində və qiymətləndirilməsində iştirak etmək, yüksək əhəmiyyətli qiymətləndirilmiş ekoloji aspektlər üzrə idarəetmə proqramının hazırlanmasında iştirak etmək, ekoloji şəraitin yaxşılaşdırılması üzrə təkliflər vermək və onların icrasına nəzarət etmək;
- Fəaliyyət sahəsində ətraf mühitə və sosial sahəyə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsində iştirak etmək;
- Layihənin fəaliyyət müddəti zamanı proseslərin bütün mərhələlərində ətraf mühitin mühafizəsi ilə bağlı perspektiv və cari planların hazırlanmasında iştirak etmək;
- Fövqəladə hallara hazırlıq: Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək.
- Kommunikasiya və məlumatlandırma: İşçilər və podratçılar arasında ətraf mühitin mühafizəsinə dair tələblər üzrə maarifləndirmə işlərinə dəstək vermək.
- Podratçılara nəzarətdə iştirak: Podratçı və təchizatçıların sahədə ətraf mühitin mühafizəsinə dair tələblər əsasında işinin təşkilinə nəzarət etmək;
- Layihə çərçivəsində podratçı şirkətlərin aidiyyəti üzrə məsul şəxslərin əhəmiyyətli ekoloji aspektlərlə və müvafiq daxili qaydalarla tanış edilməsinin təşkil olunmasında iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması arzuolunandır;
- Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
- Tətbiq olunan ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq standartlar üzrə biliklər və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış arzu olunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahədə minimum bakalavr dərəcəsi (Ətraf Mühitin İdarə Edilməsi, Ekologiya, Mühəndislik)
- Ətraf mühitin mühafizəsi sahəsində 2 illik təcrübə;
İş qrafiki:
- Növbəli iş rejimi.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














