AzerGold CJSC
Şöbə müdirinin müavini / Hüquq şöbəsi
Son tarix 26 mar 2025 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Şöbənin ümumi fəaliyyətinin təşkilində iştirak etmək və təkmilləşdirilməsi üzrə şöbə müdirinə və kuratora təkliflər vermək;
- Şöbənin ümumi fəaliyyət istiqamətləri üzrə verilmiş tapşırıqları düzgün icra etmək;
- Şöbəyə daxil olmuş sorğu, əmr, qərar layihələrinin və digər sənədlərin icrasını təmin etmək;
- Cəmiyyətin fəaliyyəti ilə əlaqədar müxtəlif mürəkkəb əqdlərin (investisya fəaliyyəti ilə bağlı müqavilələrin və memorandumlar daxil olmaqla) layihələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanmasını və yoxlanılmasını təmin etmək;
- Hasilatın pay bölgüsü sazişləri üzrə fəaliyyətin təşkilində iştirak, hesabatlılığın təmini, tapşırılan istiqamətlər üzrə fəaliyyətə rəhbərlik, koordinasiya, habelə sazişdən irəli gələn zəruri tədbirlərin icrası;
- Şöbənin səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət orqanı/qurumlarından, daxil olan məktub, sorğu və təkliflərin qanunvericiliklə müəyyən edilmiş müddətdə araşdırılmasını təmin etmək və zəruri hallarda nəticələrinə dair şöbə müdirinə, kuratoruna məruzələr etmək;
- Tapşırıq əsasında baxış üçün təqdim edilmiş Cəmiyyətdaxili İMS sənədlərinin layihələrinin qanunvericiliyin və Cəmiyyətdaxili normativ sənədlərin tələblərinə uyğun tərtib edilməsini yoxlamaq, bu istiqamətdə rəy bildirmək;
- Dövlət orqanlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla təkliflərin verilməsi, müxtəlif normativ aktların layihələrinin hazırlanmasının təşkil olunmasında iştirak etmək;
- Korporativ idarəetmə və hüquqi komplayns üzrə işin təşkilində iştirak, zəruri məsələlər üzrə nəzarətin təşkili və digər əlaqəli fəaliyyət;
- Cəmiyyətdaxili müxtəlif sənədlərin hazırlanmasının, baxış üçün təqdim edilmiş H10 sənədlərin yoxlanılmasını təşkil olunmasında və layihələrə münasibət bildirməsində iştirak etmək;
- Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair arayışlara baxış keçirtmək, təkliflər vermək və şöbə müdirinə təqdim edilməsi üçün razılaşdırmaq və s.;
- Cəmiyyətin və şöbənin fəaliyyət istiqamətləri üzrə mütəmadi olaraq beynəlxalq təcrübələrin, yanaşmaların araşdırılması və bu istiqamətdə təkliflərin verilməsi.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis dili sərbəst, Rus dili yaxşı səviyyədə tələb olunur;
- Microsoft Office proqramları üzrə biliklər;
- Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə Ali təhsil;
- Ümumi iş təcrübəsi 5 il (müvafiq sahə üzrə ən azı 3 il)
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.