AzerGold CJSC
Aparıcı mütəxəssis / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi / İxracat, strateji təhlil və planlaşdırma sektoru
Son tarix 06 yan 2025 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Sektorun fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq sektor müdirinə təqdim etmək;
- Aidiyyəti iqtisadi araşdırmaların və təhlilin nəticələrini sektor müdirinə və müvafiq şəxslərə vaxtında təqdim etmək;
- Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə strateji araşdırmaların aparılmasında sektorun səlahiyyətləri çərçivəsində iştirak etmək;
- Sektorun səlahiyyətləri çərçivəsində Cəmiyyətin fəaliyyətinin inkişafı ilə bağlı strateji əməkdaşlıqların yaradılması, tərəfdaşların tapılmasının təmin olunmasında iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində Cəmiyyətin aidiyyətistrateji biznes planlaşdırılması prosesində iştirak etmək;
- Yeni biznes imkanlarına dair təhlillərin aparılması və təkliflərin hazırlanmasında iştirak etmək;
- Dünyada qiymətli və əlvan metallar üzrə bazar məlumatların və qiymət trendlərinin təhlil olunmasında və nəticələrinə uyğun aidiyyəti üzrə məlumatlar təqdim olunmasında iştirak etmək;
- Şöbənin səlahiyyətlərinə aid olan qiymətli və əlvan metalların satışı ilə bağlı Cəmiyyətin illik satış planının hazırlanmasında iştirak etmək;
- Şöbənin səlahiyyətləri daxilində müvafiq xəlitələrin affinajı, o cümlədən qiymətlilərin dünya bazarında satışının təşkil edilməsində iştirak etmək
- Ölkə üzrə və qlobal iqtisadiyyat üzrə əsas makroiqtisadi göstəriciləri, orta və uzunmüddətli dövrlər üçün iqtisadi proqnozların təhlilində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində yeni investisiya layihələri üzrə aparılacaq təhlillərdə iştirak etmək;
- Dünyada mədən sənayesində baş verən yeniliklər və inkişaf istiqamətlərini mütəmadi izləmək və bu yeniliklərin Cəmiyyətdə tətbiqinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı),
- Microsoft Office və digər proqramlar (PPT, Outlook);
- Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
- Komanda ilə iş, risklərin idarə edilməsi, təhlil etmə, kommunikasiya, davamlı inkişaf və öyrənməyə açıq, tapşırıqların icra müddətlərinə uyğun təhvil vermək;
Tələb olunan təhsil və iş təcrübəsi:
- İqtisadiyyat, maliyyə, mühəndislik, biznesin idarə olunması ixtisasları üzrə ali təhsil, MBA;
- Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi biliklər;
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi;
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.