AzerGold CJSC
Protokol xidməti / Mütəxəssis
Son tarix 14 dek 2024 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- İdarə Heyətinin iştirakı ilə rəsmi və ya işgüzar qəbullarda, görüşlərdə, tədbirlərdə beynəlxalq təcrübəyə, milli adət - ənənələrə, qanunvericilik və Cəmiyyətdaxili müvafiq sənədlərə əsaslanaraq, protokol xidmətini həyata keçirmək;
 - İdarə Heyəti tərəfindən dəvət edilmiş qonaqları qarşılamaq, müşayiət etmək, xarici qonaqların ölkədə qalması ilə bağlı məsələlərdə köməklik göstərmək;
 - İdarə Heyətinin rəsmi və ya işgüzar qonaqlarına təqdim etmək məqsədilə müvafiq hədiyyələr paketinin hazırlanmasını təşkil etmək və İdarə Heyətinə təqdim olunan orden, medal, təltif, təşəkkürnamə və hədiyyələri qeydə almaq;
 
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili səlis, İngilis və Rus dili yaxşı səviyyədə;
 - Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
 - Məsuliyyət, Ünsiyyət qurma, Çeviklik, Kreativlik, Təşkilatçılıq bacarığı.
 
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil;
 - Müvafiq sahədə 1-2 il iş təcrübəsi.
 
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
 
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı müsahibə əsnasında təyin olunur.
 - Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
 - Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
 - Nəqliyyat xidməti.
 - Rəqabətli mükafatlandırma sistemi.
 


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







