AzerGold CJSC
İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsinin mütəxəssisi
Son tarix 30 yan 2024 Müraciət et
Vakansiyaya dair tələblər:
- Cəmiyyətdə istifadə olunan şəbəkə və texniki periferiya avadanlıqlarına texniki xidmət göstərilməsini, profilaktik tədbirlər həyata keçirilməsini, zərurət olduqda, onların texniki hissələrinin təmir edilməsini və ya dəyişirdirilməsini təmin etmək məqsədilə tədbirlər görülməsində iştirak etmək;
- Cəmiyyətin korporativ lokal şəbəkəsinin təhlükəsiz fəaliyyətinə nəzarət edilməsində iştirak etmək;
- Cəmiyyətdə istifadəçilərin keyfiyyətli və fasiləsiz internet bağlantısının olmasına nəzarət edilməsində iştirak etmək və istifadəçilərdə elektron poçtun keyfiyyətli və fasiləsiz işini təmin edilməsində iştirak etmək;
- İstismar olunan kompüter avadanlıqlarına texniki baxış keçirilməsində, təmir və yeniləmə təkliflərin irəli sürülməsində iştirak etmək;
- Cəmiyyətin mərkəzləşdirilmiş internet və şəbəkənin, ofis cihazlarının (printer, skaner, surət çoxaldan, faks, telefon) quraşdırılmasını təşkil etmək, onları quraşdıran şirkətlərlə müqavilələr bağlandıqda şərtlərin müəyyən edilməsində iştirak etmək, onların iş fəaliyyətinə nəzarət etmək və qüsurlar aşkar etdikdə aidiyyəti üzrə aradan qaldırılmasını təşkil edilməsində iştirak etmək;
- Cəmiyyət üzrə mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- İnformasiya təhlükəsizliyi üçün lazımi tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Elektron sənəd dövriyəsi sistemində şöbəyə aid sənədlərin yerləşdirilməsini və nəzarəti təmin etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Korporativ ünsiyyət, Əməkdaşlıq,Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
- Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır.
- Office proqramlarından yüksək səviyyəli istifadəçi bacarığı tələb olunur.
İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsində Şəbəkə adminstratoru
Son tarix 30 yan 2024 Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Şəbəkə inzibatçılığı sahəsində daxili qayda layihələrini hazırlamaq;
- Korporativ şəbəkənin texniki təhlükəsizliyini və daim işlək vəziyyətdə olmasını təmin etmək;
- Şəbəkə üzrə proseslərinin təkmilləşdirilməsində iştirak, o cümlədən şəbəkə inzibatçılığı sahələri üzrə texniki tapşırıqları hazırlamaq;
- Şəbəkə üzrə bütün mühüm dəyişiklərin sənədləşdirilməsi;
- Mövcud olan bütün şəbəkə avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri qısa müddət ərzində aradan qaldırmaq;
- Korporativ şəbəkə avadanlıqlarını quraşdırmaq və tənzimləmək, mövcud korporativ şəbəkə avadanlıqlarını idarə etmək;
- Korporativ şəbəkəyə giriş icazəsi təsdiq edilmiş qaydalara uyğun təmin etmək;
- Şəbəkə avadanlığlarının konfigurasiyaların backupların yaradılmasını fasiləsiz təmin etmək;
- Korporativ şəbəkə infrastrukturunun təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək;
- Şəbəkə avadanlığlarının lisenziyaların quraşdırılması, habelə lisenziyaların bitmə vaxtına nəzarət;
- Şəbəkə infrastrukturu üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və görülməsi;
- Rəqəmsal telefon sistemlərinin administrasiyası və fasiləsiz fəaliyyətinin təmin edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- CCNA səviyyəsində həqiqi bilik
- NG Firewall, L2/L3 switch, router və s. şəbəkə avadanlıqları ilə təcrübə (Cisco/HP/Forti/PA)
- Corp. wireless systemləri üzrə təcrübə (UniFi/Cisco/Forti)
- Şəbəkə təhlükəsizliyi üzrə biliklər
- IP-PBX ilə təcrübə (3CX, Asterisk)
- Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, çeviklik səriştəlikləri;
- Texniki səviyyədə İngilis və Rus dili bilikləri.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil
- İT sahəsində 5 il, şəbəkə administratoru kimi 2 il iş təcrübəsi .
İş qrafiki:
- İş saatları: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günüdür.