AzerGold CJSC
Aparıcı hüquqşünas
Son tarix 23 dek 2023 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətin səlahiyyətlərinə aid olan məsələlərə dair müxtəlif xarakterli müqavilə layihələrini hazırlamaq, təkliflər vermək, səlahiyyətləri daxilində müqavilələrə rəy verib ekspertizasını aparmaq, müqavilələr üzrə zəruri sənədlərin təhlilini aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar digər zəruri tədbirləri həyata keçirmək;
- Cəmiyyət adından bağlanılmış müqavilələrin reyestrininin aparılmasında iştirak etmək;
- Müqavilə layihələrinin tərtibi zamanı nəzərə alınmalı olan müvafiq qanunvericiliyin imperativ tələbələrini araşdırmaq;
- Müqavilələrin tərtibatının təkmilləşdirilməsinə dair sektor müdirinə təkliflər vermək;
- Müqavilələr ilə əlaqədar müvafiq struktur bölmələrlə qarşılıqlı koordinasiya şəraitində işləmək;
- Cərimə bildirişlərinin, cərimə bildirişlərinə dair reyestrin tərtibi və mütəmadi olaraq yenilənməsi;
- Müqavilələrin idarəolunması ilə əlaqədar Cəmiyyətdaxili prosedur və qaydaların tələblərindən irəli gələn tədbirlər görmək;
- Tapşırıq əsasında müqavilə üzrə danışıqlar aparılmasında iştirak etmək;
- Sektorun fəaliyyəti üzrə ümumiləşdirmələr aparmaq, statistik və digər hesabatların hazırlanmasında iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil və komputer bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı, Rus dili - orta; Microsoft Office və digər müvafiq sahə üzrə proqramlar.
- Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı İnkişaf, Nəticə Yönümlülük, Çeviklik səriştəlikləri.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali hüquq təhsili;
- Ümumi təcrübə müddəti - ən azı 2 il, müvafiq sahə üzrə təcrübə müddəti - ən azı 2 il.
İş qrafiki:
- İş saatları: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günüdür.