Azercosmos
Satış meneceri
Son tarix 25 okt 2025- [email protected]
“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” Satış departamentinin Yerin müşahidəsi üzrə kommersiya həlləri bölməsinə satış meneceri vakansiyası üzrə işçi qəbulu elan edir!
Əsas funksiyalar:
- EO kommersiya həlləri üzrə yeni müştərilərin və bazar imkanlarının müəyyən olunması və cəlb edilməsi;
- Satış planlarının və strategiyalarının hazırlanması, icrası və KPI-lara cavabdehlik;
- Müştərilərlə kommersiya danışıqlarının aparılması və müqavilələrin bağlanması;
- Tenderlərdə iştirak və tender sənədlərinin hazırlanmasına dəstək;
- Mövcud müştərilərlə əlaqələrin idarə edilməsi və inkişafı, upsell və cross-sell imkanlarının reallaşdırılması;
- Satış fəaliyyəti üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Daxili departamentlərlə (Marketinq, Maliyyə, Hüquq, CIS və s.) koordinasiyalı işləmək;
- CRM sistemində satış proseslərinin, müştəri məlumatlarının və layihə statuslarının əlavə olunması və yenilənməsi;
- Müştəri məmnunluğunu təmin etmək üçün satış sonrası dəstək və əlaqələrin idarə olunması;
- Müqavilə şərtlərinə uyğun xidmət keyfiyyətinə nəzarət və davamlı təkmilləşdirmə.
Tələblər:
- Təhsil: Ali təhsil (Coğrafi informasiya sistemləri, idarəetmə, iqtisadiyyat, biznesin təşkili və ya oxşar sahələr üstünlükdür);
- İş təcrübəsi: 3+ il satış və ya biznesin inkişafı sahəsində təcrübə (EO, telekommunikasiya, İT və ya oxşar texnoloji sahələr üstünlükdür);
Bilik və bacarıqlar:
- Yüksək səviyyədə satış və danışıqlar aparma bacarıqları;
- Müştərilərlə uzunmüddətli işgüzar əlaqələrin qurulması və idarə edilməsi;
- Korporativ maliyyə üzrə fundamental biliklər;
- Müxtəlif formatda təqdimatlar keçirmək və satış görüşlərini idarə etmək bacarığı;
- Analitik və tənqidi düşünmə, nəticəyönümlülük;
- Aktiv satış yanaşması, təşəbbüskarlıq və innovativlik;
- Komandada işləmək və müxtəlif departamentlərlə əməkdaşlıq bacarığı;
- Vaxtın idarə olunması və planlaşdırma bacarıqları.
Kompüter bilikləri: MS Office və CRM platformalar.
Dil bilikləri:
- Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində);
- İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində).
İş qrafikı:
- İş qrafiki : Tam iş günü (həftəarası 5 gün)
- İş saatları: 09:00-18:00
Bu meyarlara uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Satış meneceri” başlığı ilə göndərə bilərlər.