Dünya bazarında neftin qiymətinin ucuzlaşması davam edir, Azərbaycan nefti də son günlər dəyərini itirməkdədir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, London birjasında mayın 27-də keçirilən hərraclarda «Azeri Light» markalı neftin qiyməti 4,18 dollar ucuzlaşaraq 102,30 dollar olub.
Xatırladaq ki, bir gün əvvəl Azərbaycan neftinin qiyməti 106,48 dollar idi.
Ümumiyyətlə, son bir həftədə Azərbaycan neftinin dünya bazarındakı qiyməti 10 dollaradək azalıb. Belə ki, mayın 21-də Azərbaycan neftinin qiyməti 114,10 dollar idi. Mayı 22-də bu rəqəm 110,05 dollara, 26 mayda 106,48 dollara enib. Mayın 27-də keçirilən hərraclarda isə neftin qiyməti 104 dollara enib.
Bi rjalarda neftin ucuzlaşması ABŞ və İran arasında gərginliyin azalması ilə bağlıdır.
Xatırladaq ki, ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə dünya bazarında nefti kəskin bahalaşdırıb. Nəticədə Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 65 dollardan götürüldüyü halda, ilk 4 ayda neftin ümumi satış qiyməti 91 dollar olub.













