Avant Group
Texniki Memar
Son tarix 05 mar 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Layihə üzrə memarlıq və texniki cizgilərin hazırlanması və icrasına nəzarət etmək;
- İşçi layihələrin normativ sənədlərə və texniki tələblərə uyğunluğunu təmin etmək;
- Sahədə aparılan tikinti işlərinin layihə sənədlərinə uyğunluğunu yoxlamaq;
- Memarlıq və mühəndis komandaları arasında koordinasiyanı təmin etmək;
- Layihə üzrə dəyişikliklərin hazırlanması və yenilənmiş cizgilərin operativ təqdim edilməsi;
- Müəllif nəzarətində iştirak etmək və texniki rəy vermək;
- Layihə sənədlərinin düzgün saxlanılması və arxivləşdirilməsini təmin etmək.
Tələblər:
- Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi : tikinti sahəsində memarı kimi ən azı 3-5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili , Rus dili, (İngilis dili arzuolunandır)
- Archicad, Autocad, Excel proqramlarında işləmə bacarığı
- Tikinti norma və qaydalarını bilməsi;
- Texniki sənədlərlə işləmə və detallara diqqət yetirmə bacarığı;
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 1800-2400 AZN NET
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Texniki Memar” yazaraq Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.
Həcmlərə nəzarət üzrə mühəndis
Son tarix 05 mar 2026 [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində icra olunan işlərin faktiki həcmlərinin ölçülməsi, hesablanması və yoxlanılması;
- Layihə, icra çertyojları, smeta və müqavilə sənədlərinə əsasən iş həcmlərinin təhlili;
- Podratçı və subpodratçılar tərəfindən təqdim olunan icra aktlarının, həcm cədvəllərinin və naryadların yoxlanılması və təsdiqə hazırlanması;
- Faktiki icra həcmləri ilə planlaşdırılmış və smeta həcmləri arasında fərqlərin müəyyən edilməsi və əsaslandırılması;
- Aylıq görülmüş iş aktlarının (KŞ-2, KŞ-3 və analoji sənədlər) hazırlanmasında və yoxlanılmasında iştirak;
- Layihə üzrə dəyişikliklərin (variation order) həcmlərə təsirinin hesablanması və sənədləşdirilməsi;
- Sahə mühəndisləri, texniki nəzarət, planlama və maliyyə şöbəsi ilə koordinasiyalı işləmək;
- Görülmüş işlər üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
- Həcm artımı və azalmaları ilə bağlı risklərin vaxtında müəyyən edilməsi və rəhbərliyə məlumat verilməsi;
- Həcm hesablamaları üzrə sənədlərin düzgün və sistemli şəkildə arxivləşdirilməsinin təmin edilməsi.
Tələblər:
- Ali təhsili (inşaat mühəndisliyi, tikinti və ya oxşar sahə);
- Tikinti sahəsində həcmlərə nəzarət və ya oxşar sahədə ən azı 2–3 il iş təcrübəsi;
- AutoCAD və Microsoft Excel proqramlarında işləmək bacarığı;
- Layihə çertyojlarını oxuma və analiz etmə bacarığı;
- Smeta sənədləri və müqavilə şərtləri ilə işləmə bacarığı;
- Ölçmə, hesablamalar və texniki təhlil üzrə yüksək dəqiqlik;
- Komanda ilə işləmək və operativlik ;
- Vaxtın düzgün idarə olunması və paralel tapşırıqlarla işləmək bacarığı ;
Əlavə məlumat:
- İş qrafiki: 6/1, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək Haqqı: 2200-2500 AZN NET
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Həcmlər üzrə mühəndis” yazaraq Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.











