Avant Group
Layihə üzrə İnsan Resursları Administratoru
Son tarix 25 sen 2025 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihələr üzrə işçilərin davamiyyətinə nəzarət etmək.
- Tabelin gündəlik olaraq Infor Sola proqramına işlənilməsini təmin etmək.
- İşə qəbul, işdən azad olma, məzuniyyət, ezamiyyət, vəzifə artımı və digər İR sənədlərinin İR Departamentinə göndərilməsini və təqdimatların Infor Sola proqramında işlənilməsini təmin etmək.
- Əmək müqaviləsi şərtlərinin və daxili intizam qaydalarının pozulması hallarını İR Departamentinə bildirmək və Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsini təmin etmək.
- İşçilərin SİMA tətbiqində qeydiyyatdan keçməsinə dəstək göstərmək.
- İşçilərin məlumatlarını elektron bazaya əlavə etmək və müntəzəm yeniləmək.
- Layihə işçilərinin şikayətlərini araşdıraraq İR Departamentinə çatdırmaq.
- Gündəlik yemək sayının dəqiq hesablanmasını və təqdim olunmasını təmin etmək.
- Gündəlik işçi hesabatını rəhbərliyə təqdim etmək.
- Layihə əməkdaşlarının əmək haqqı artımı ilə bağlı aylıq təqdimatlar hazırlamaq.
Tələblər:
- Təhsil: Ali təhsil (idarəetmə, hüquq, iqtisadiyyat və ya insan resursları sahəsi üzrə üstünlük verilir).
- Təcrübə: Minimum 1–2 il müvafiq sahədə iş təcrübəsi.
- Əmək Məcəlləsi və əmək münasibətləri ilə bağlı əsas anlayışlar.
- İnformasiya bazalarının idarə olunması və hesabatlıq bacarığı.
- Kompüter bilikləri (MS Office, ERP/Infor Sola proqramı).
- Yüksək diqqət və dəqiqlik, analitik düşüncə.
- Komandada işləmək və ünsiyyət bacarığı.
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30 ;
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək Haqqı: 800-1000 AZN ( net)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “ Layihə üzrə İR administratoru” yazaraq Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərlər.