Avant Group
Satış şöbəsinin müdiri
Son tarix 17 noy 2024 - [email protected]
Əsas Vəzifələr və Məsuliyyətlər:
- Şirkətin uzunmüddətli məqsədlərinə uyğun olaraq satış strategiyasını hazırlamaq və həyata keçirmək.
- Tikinti sektorunun bazar şərtlərinə uyğun plan və layihələr yaratmaq, müştəri tələblərinə cavab verən məhsul və xidmətlər təklif etmək.
- Satış komandasının iş fəaliyyətini planlaşdırmaq, koordinasiya etmək və effektiv idarə etmək.
- Satış işçilərinin inkişafına dəstək olmaq, təlimlər təşkil etmək və performanslarını dəyərləndirmək.
- Komandanın motivasiyasını təmin etmək və onların satış hədəflərinə çatması üçün dəstək göstərmək.
- Yeni müştəriləri cəlb etmək və mövcud müştərilərlə işgüzar əlaqələri gücləndirmək.
- Müştərilərə fərdi yanaşma təklif edərək, onların ehtiyaclarına uyğun həllər təklif etmək.
- Müştərilərin məmnuniyyətini təmin etmək və müştəri şikayətlərini effektiv şəkildə həll etmək.
- Satış şöbəsinin və Layihələr üzrə satış komandalarının gündəlik fəaliyyətlərinin təşkil edilməsi və izlənməsi.
- Tikinti layihələrinin vaxtında təklif edilməsi və satış müqavilələrinin bağlanmasının təmin edilməsi.
- Satış dövriyyəsini izləmək, satış planlarının effektivliyini təhlil etmək və lazımi düzəlişləri həyata keçirmək.
- Satış komandasının, rüblük və illik satış hədəflərini təyin etmək və bu hədəflərə nail olmaq üçün fəaliyyət planları hazırlamaq.
- Hədəflərə çatmaq üçün lazım olan resursları müəyyənləşdirmək və komandanın bu resurslardan düzgün istifadəsini təmin etmək.
- Tikinti sektorunda bazar tendensiyalarını, rəqabəti və müştəri tələblərini daim izləmək.
- Rəqiblərin fəaliyyətlərini və məhsul təkliflərini analiz edərək bazar payını artırmaq üçün strategiyalar hazırlamaq.
- Yeni trendlərə və dəyişən müştəri ehtiyaclarına uyğun satış planlarını daim yeniləmək.
- Satış büdcəsini hazırlamaq və idarə etmək.
- Gəlir və xərclərin analizi, satış proseslərinin rentabelliyini artırmaq üçün maliyyə hesabatlarının təhlili.
- Satış performansı ilə bağlı şirkət rəhbərliyinə müntəzəm hesabatlar təqdim etmək.
- Müştəri məmnuniyyətini artırmaq və satış sonrası xidmət keyfiyyətini təmin etmək üçün strategiyalar hazırlamaq.
- Tikinti layihələrində müştərilərə yüksək keyfiyyətli məhsul və xidmətlər təklif etmək.
- Müştərilərdən gələn şikayətləri dinləmək və onların tez və effektiv şəkildə həll olunmasını təmin etmək.
- Müştəri problemlərinin təkrar olunmaması üçün preventiv tədbirlər görmək.
- Şirkətin yeni məhsul və xidmətlərinin bazara çıxarılması və onların satışının təşkili.
- Yeni məhsul və xidmətlər haqqında müştərilərə məlumat vermək və onları təqdim etmək üçün tədbirlər təşkil etmək.
- Satış şöbəsinin rəhbəri birbaşa olaraq şirkət rəhbərliyinə hesabat verir.
Tələblər:
- Ali təhsil (işgüzar idarəetmə, iqtisadiyyat, mühəndislik və ya marketinq sahəsində).
- İş təcrübəsi: müvafiq sahə üzrə 5-7 ildən az olmayaraq;
- Güclü liderlik və komanda idarəetmə bacarıqları.
- Müştəri yönümlü düşüncə və problem həll etmə bacarıqları.
- CRM sistemləri və müasir satış texnologiyaları ilə işləmə təcrübəsi.
Əsas Şəxsi Keyfiyyətlər:
- Yüksək təşəbbüskarlıq və nəticə yönümlü yanaşma.
- Analitik düşüncə və bazarı anlama bacarığı.
- Yaxşı təşkilatçılıq və vaxt idarəetmə bacarığı.
- Stress altında işləmə qabiliyyəti və çeviklik.
İş Şəraiti:
- İş qrafiki: 5 gün (şənbə, bazar istirahət günü)
- İş saatları: 09:30 – 18:30
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı-3000 AZN
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Satış şöbəsinin müdiri” yazaraq mail ünvanına göndərə bilərlər.