Avant Group
Marketing Manager
Son tarix 09 okt 2024 - [email protected]
Vəzifə funksiyaları:
- Şirkətin qısamüddətli və uzunmüddətli strategiyasının hazırlanması;
- Marketinq kampaniyaları, korporativ layihələrlə bağlı kontent yaradılması;
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
- Analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi və hesabatların hazırlanması;
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
- SMM fəaliyyətinə nəzarət edilməsi;
- Görülən iş və aşkarlanan problemlər barədə hesabatın tərtib edilməsi;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışların aparılması və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verilməsi;
- Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, biznes proses və prosedurların hazırlanmasında iştirak edilməsi;
- Şirkətin PR və Reklam siyasətinin hazırlanması;
- Postlar üçün foto və videoların çəkilişini təşkil edilməsi;
- Brendin tanınması və yeni auditoriyaya çatmaq üçün yeni layihələrin hazırlanması;
- Korporativ əlaqələrin yaradılması və saytın idarə edilməsi ;
- Sosial media hesabları və platformaları ilə işlənilməsi;
- Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin edilməsi;
- Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlanması;
- Rəhbərlik tərəfindən ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
Vəzifəyə olan tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq;
- Kompüter bilikləri: Microsoft Office proqramları;
- Dil bilikləri: Azərbaycan dili , Rus dili, ;
- Fundamental Marketing və Digital marketing üzrə bilikləri;
İş Şəraiti:
- İş qrafiki: 5 gün (şənbə, bazar istirahət günü)
- Nahar şirkət tərəfindən təmin olunur
- İş yeri: Çıraq Plaza
- Əmək Haqqı: 2500-3000 azn net
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Marketing Manager ” yazaraq qeyd edilmiş elektron mail ünvanına göndərə bilərlər