Aral Group Baku
Mühasib
Son tarix 27 apr 2023 [email protected]
Vəzifə təlimatları:
- Debitor borcları üzrə ödənişlərin olunmasına mütəmadi nəzarət
- Debitor borcları üzrə bank və kassa sənədlərinin uçotuna nəzarət
- Debitorlarla mütəmadi əlaqə saxlanılması və borclar üzrə üzləşmələrin aparılması
- Gecikmiş borclar üzrə müqavilə şərtlərinə əsasən müvafiq tədbirlərin görülməsi
- Debitor borcların ümumi vəziyyəti barədə rəhbərliyə mütəmadi hesabatların verilməsi
- Kreditor və Debitor borcların mətəmadi şəkildə təhlili
- Daxil olan materialların və xidmətlərin uçotu
- Əsas vəsait və qeyri-maddi materialların uçotu
- İnzibati və kommersiya xərclərinin uçotunun aparılması
- İnvoysların, e-qaimələrin və e-VHF-ın tərtibatı və izləmələri;
- Müştərilərin və təzhizatçıların müqavilələrin qeydiyyatı və nəzarət;
- Şirkətin kassa uçotunun aparılması;
- Şirkətin maliyyə təsərrüfat fəaliyyətinin mütəmadi təhlili və nəzarəti.
- Tenderlərdə iştirakı ilə bağlı sənədləşmələrin hazırlanması;
- Bank kreditlərin və bank zəmanətlərin alınmasına dair sənədləşmənin aparılması;
- Digər, yuxarıda göstərilməyən, lakin gündəlik tələbatı olan maliyyə direktorun tapşırıqlarının yerinə yetirilməsi.
Vəzifə ilə bağlı tələblər:
- Ali təhsilli (Mühasibatlıq və maliyyə sahəsində)
- 1C mühasibatlıq proqramını tam bilməli
- Excel proqramında işləmə bacarığı
- Bank-kassa sənədlərilə işləmə qabiliyyəti
- İnzibati və kommersiya xərclərinin uçotunu apara bilməli
- Fakturaların yoxlanılması və firmalarla üzləşdirmə bacarığı
- Hesablar planı və mühasibatlıq yazılışlarını oxuya bilməli
- Vergi, Əmək, Mülki və digər qanuvericiliyi barədə müəyyən dərəcədə bilikləri;
- İdarəetmə (maliyyə uçotunun) bilməsi (burada Mənfəət/Zərər, Balans və Pul vəsaitlərinin hərəkəti hesabatların aparılması);
- Vergi uçotunun bilməsi və vergi hesabatlarının tərtibatı təcrübəsi.
İş yeri : BİNƏQƏDİ RAY. BİLƏCƏRİ QƏS. SUMQAYIT ŞOSESİ 10 A
İş günləri - həftədə 5 gün, 09:00-dan 18:00-dək;
Əmək haqqı: Qarşılıqlı razılaşma ilə
Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “mühasib” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.
İnşaat mühəndisi
Son tarix 27 apr 2023 - [email protected]
İş təlimatları və məsuliyyət:
- En az 5 il sahə mühəndisliyi təcrübəsi.
- Sahə düzəninin qorunması.
- Podaratçı tərəfindən görülən dəmir və qəlib işlərinin kontrol edilməsi və təhvil alınması.
- Beton işlərinə nəzarət edilməsi.
Tələblər:
- İnşaat mühəndisi məzunu .
- İnşaatda ən azı 5 il iş təcrübəsi.(sahədə)
- Yüksək mərtəbəli yaşayış binası və ticari binaların birlikdə olduğu lahiyədə işləmiş.
- Əsas kompüter və ofis proqramalarına biliklərinə sahib olmaq.
Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “İnşaat mühəndisi” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.