Aral Group Baku
Baş mühasib
Son tarix 21 yan 2023 - [email protected]
Vəzifə təlimatları:
- Debitor borcları üzrə ödənişlərin olunmasına mütəmadi nəzarət
- Debitor borcları üzrə bank və kassa sənədlərinin uçotuna nəzarət
- Debitorlarla mütəmadi əlaqə saxlanılması və borclar üzrə üzləşmələrin aparılması
- Gecikmiş borclar üzrə müqavilə şərtlərinə əsasən müvafiq tədbirlərin görülməsi
- Debitor borcların ümumi vəziyyəti barədə rəhbərliyə mütəmadi hesabatların verilməsi
- Kreditor və Debitor borcların mətəmadi şəkildə təhlili
- Daxil olan materialların və xidmətlərin uçotu
- Əsas vəsait və qeyri-maddi materialların uçotu
- İnzibati və kommersiya xərclərinin uçotunun aparılması
- Invoysların, e-qaimələrin və e-VHF-ın tərtibatı və izləmələri;
- Müştərilərin və təzhizatçıların müqavilələrin qeydiyyatı və nəzarət;
- Şirkətin kassa uçotunun aparılması;
- Şirkətin maliyyə təsərrüfat fəaliyyətinin mütəmadi təhlili və nəzarəti.
- Tenderlərdə iştirakı ilə bağlı sənədləşmələrin hazırlanması;
- Bank kreditlərin və bank zəmanətlərin alınmasına dair sənədləşmənin aparılması;
- Digər, yuxarıda göstərilməyən, lakin gündəlik tələbatı olan maliyyə direktorun tapşırıqlarının yerinə yetirilməsi.
Vəzifə ilə bağlı tələblər:
- Ali təhsilli (Mühasibatlıq və maliyyə sahəsində)
- 1C mühasibatlıq proqramını tam bilməli
- Excel proqramında işləmə bacarığı
- Bank-kassa sənədlərilə işləmə qabiliyyəti
- İnzibati və kommersiya xərclərinin uçotunu apara bilməli
- Fakturaların yoxlanılması və firmalarla üzləşdirmə bacarığı
- Hesablar planı və mühasibatlıq yazılışlarını oxuya bilməli
- Vergi, Əmək, Mülki və digər qanuvericiliyi barədə müəyyən dərəcədə bilikləri;
- İdarəetmə (maliyyə uçotunun) bilməsi (burada Mənfəət/Zərər, Balans və Pul vəsaitlərinin hərəkəti hesabatların aparılması);
- Vergi uçotunun bilməsi və vergi hesabatlarının tərtibatı təcrübəsi.
İş yeri: Aral Auto -Babək pr.
İş günləri - həftədə 5 gün, 09:00-dan 18:00-dək;
Əmək haqqı: 1500-2000 AZN
Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “Baş mühasib” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.