Alyans Tekstil
Satış mütəxəssisi
Son tarix 21 yan 2023 - [email protected]
Tələblər:
- Ali təhsil;
- MS Office proqramlarını bilməli;
- Azərbaycan dilində səlis danışıq, rus və ingilis dilləri - orta səviyyədə;
- Yaş: 22-30;
- Daima özünü inkişaf etdirmək və biliklərini artırmaq;
- Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;
- Yaranan problemli situasiyaları təhlil və həll etmə qabiliyyəti;
- Digər iş yoldaşları ilə müntəzəm koordinasiyalı çalışmaq;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Biznes danışıqları aparmaq və təqdimat bacarığı.
- Komandada işləmə bacarığı.
- Tekstil sahəsində çalışan namizədlərə üstünlük veriləcək.
Öhdəliklər:
- Şirkət məhsullarının satışını təşkil etmək;
- Soyuq zənglər və yerində görüşlər vasitəsi ilə yeni müştərilər cəlb etmək;
- Cəlb edilmiş müştərilər ilə daim ünsiyyətdə olmaq, şirkətin məhsulları haqqında məlumat vermək;
- Müştəridən gələn sorğuları analiz etmək;
- Müştəridən gələn sorğuya qiymət təklifi hazırlamaq;
- Aylıq, rüblük və illik satış planlarını və hədəflərini yerinə yetirmək;
- Şirkətin potensial və bütün müştərilərinin izlənməsi, məlumatların yenilənməsini həyata keçirmək;
- Həftəlik və aylıq hesabatları hazırlamaq;
- Alıcılarla satış dövriyyəsinin artırılmasını təmin etmək.
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 5 günlük 08:30-17:30
- AR Əmək məcəlləsinə uyğun sənədləşmə;
- Əmək haqqı: 500-700.
- Nahar, korporativ mobil telefon və nömrə şirkət tərəfindən təmin olunur.
- Rahat iş şəraiti.
Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Satış mütəxəssisi” yazmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız qeyd olunan tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.