ALCO MMC
İdxal və ixrac (təchizat) əməliyyatları üzrə mütəxəssis
Son tarix 07 may 2023 - [email protected]
Namizədə tələblər:
- İqtisadiyyat və ya maliyyə sahəsində ali təhsil;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Komandada işləmək, yaradıcı və innovativ yanaşmalara açıq olma bacarığı;
- Yüksək səviyyədə xarici dil bilikləri (İngilis, Rus və digər dillər);
- Ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları, komanda ilə işləmə bacarığı, analitik düşünmə, təşəbbüskarlıq;
- Marketinq sahəsində biliklər;
- Şirkəti yerli və xarici tədbirlərdə və görüşlərdə təmsil etmək.
Vəzifə funksiyaları:
- Şirkətin strateji hədəflərinə uyğun olaraq daxili və xarici bazarı araşdırmaq;
- Xarici şirkətlərlə əməkdaşlığın qurulmasında iştirak etmək;
- Beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflər hazırlamaq;
- Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrini qorumaq və inkişaf etdirmək;
- İdxal və ixrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
- İdxal və ixrac əməliyyatları xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib etmək;
- Sifariş olunan mal və xidmətlərə görə qiymətlərin alınması və sərfəli qiyməti müəyyənləşdirmək;
- İdxal və ixrac əməliyyatları xidmətlər üzrə müqavilələrin hazırlanmasında iştirak etmək;
- İdxal və ixrac əməliyyatı xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyalar.
İş yeri: AZ1095, Azərbaycan, Bakı ş., Səbail rayonu (İçərişəhər), Vəli Məmmədov küç., ev 3 (Polşa səfirliyinin yanı)
Əmək haqqı: 700-900 AZN
CV-lərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Tel: 012-505-68-10/11
Nəqliyyat və logistika üzrə mütəxəssis
Son tarix 07 may 2023 [email protected]
İş barədə məlumat:
- Avtomobil, dəmir yolu, hava, dəniz ilə daşımaların həyata keçirilməsi üzrə işlərin təşkili və idarə olunması;
- Danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması fəaliyyətlərinin həyata keçirilməsi;
- Yeni nəqliyyat şirkətlərinin araşdırılıb tapılması;
- İdxal, ixrac və tranzit daşımaları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, optimal marşrut xəttlərinin seçilməsi, daşımasının təmin edilməsi;
- Daşıma hərəkətlərinin reyestrinin yaradılması, planlanan tarix üzrə icra vəziyyətinin izlənilməsi;
- Bazar tendensiyalarının öyrənilməsi;
- Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışının nəzarətdə saxlanılması;
- Şirkətin biznes etikası, davranış qaydaları və nizam intizamına riayət edilməsi;
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi və görülən işlərdə məxfiliyin qorunması prinsipinə riayət edilməsi.
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 1 il təcrübə
- Logistika sahəsində təcrübə
- Beynəlxalq ticarət və coğrafiya sahəsində yüksək bilik
- Səlist Azərbaycan, Rus, İngilis dili biliyi
- Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT)
- Danışıqlar aparma qabiliyyəti
- Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olması
İş şəraiti: 09:00-dan 18:00-dək (nahar vaxtı 13:00-dan 14:00-dək), AR qanunvericiliyinə əsasən sənədləşmə
Əmək haqqı: 700-900 AZN
CV-lərinizi mail ünvanına göndərməyiniz xahiş olunur.
Ünvan: Azərbaycan, Bakı, Səbail rayonu (İçərişəhər), Vəli Məmmədov küçəsi, ev 3