ALCO MMC
Logistika üzrə rəhbər
Son tarix 03 mar 2026 -
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Səbail rayon, Vəli Məmmədov, ev 3
- İş rejimi: Tam ştat
- Əməkhaqqı: Minimum 2500 AZN
Ümumi tələblər:
- Logistika sahəsində minimum 3 il rəhbər və ya aparıcı vəzifədə iş təcrübəsi
- Beynəlxalq və daxili daşımalar (avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı) üzrə geniş biliklər
- İdxal–ixrac əməliyyatları, Incoterms 2020 qaydaları üzrə praktiki biliklər
- Gömrük rəsmiləşdirilməsi prosesləri və normativ-hüquqi aktlar üzrə biliklər
- Nəqliyyat sənədləri (CMR, TIR Karneti, Bill of Lading, Invoice, Packing List, Certificate of Origin və s.) ilə işləmə bacarığı
- Daşıyıcı, ekspeditor, broker və sığorta şirkətləri ilə əməkdaşlıq təcrübəsi
- İngilis, rus və Azərbaycan dillərini yazılı və şifahi şəkildə sərbəst bilməli
- Analitik düşünmə, planlama və risklərin idarə olunması bacarığı
- Komandanın formalaşdırılması və effektiv idarə edilməsi bacarığı
- MS Office (xüsusilə Excel) və logistika proqramları ilə işləmə bacarığı
- Yüksək məsuliyyət, stressə davamlılıq və operativ qərarvermə qabiliyyəti
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün logistika fəaliyyətinin strateji planlaşdırılması və idarə olunması
- İdxal və ixrac daşımalarının vaxtında, təhlükəsiz və qənaətli şəkildə təşkil edilməsi
- Daşıma marşrutlarının və nəqliyyat növlərinin optimallaşdırılması
- Nəqliyyat xərclərinin azaldılması və büdcəyə nəzarət
- Gömrük rəsmiləşdirilməsi proseslərinin koordinasiyası və nəzarəti
- Təchizatçılar, daşıyıcılar və tərəfdaşlarla müqavilələrin bağlanması və icrasına nəzarət
- Logistika komandası üçün iş bölgüsünün aparılması və iş nəticələrinin qiymətləndirilməsi
- Aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Fövqəladə halların və gecikmələrin operativ həlli
- Logistika proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması
Qeyd: Tələblərə cavab verməyən şəxslər müraciət etməsin!
Müraciət qaydası: Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Logistika üzrə rəhbər” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.











