AGRO-VEST RETAIL
Müdir müavini
Son tarix 25 yan 2024 - [email protected]
İşçiyə qoyulan tələblər:
- Komanda ilə işləmə bacarığı olmalı;
- Məsuliyyətli olmalı;
- Yüksək ünsiyyət və özünüifadəetmə bacarığı olmalı;
- İş təcrübəsi: 3 ildən çox(Qeyd edilən vəzifə üzrə);
- Yaş: 25-45;
Vəzifə öhdəlikləri:
- Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir.
- Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;
- Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, əlavə vasitə və avadanlıqların yerində olmasını, vitrində boşluqların olmaması təmin etməlidir:
- Marketlərdə keçirilən inventarizasiyada iştirak etməlidir;
- Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə, oğurlanma və zədələnmə hallarının olmamasını təmin etməlidir;
- Qaytarmalara, onların firmalara vaxtında təhvil verilməsinə nəzarət etməlidir.
- Mağazaya aid sənədlərin yığılıb mühafizə edilməsi, mərkəzə çatacaq qaimə və fakturaların əksiksiz olması və vaxtında göndərilməsini təmin etməlidir.
- İşçilərin və özünün həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməlidir;
- Rəhbərliyin digər göstərişlərini yerinə yetirməlidir.
İş şərtləri:
- Stabil iş
- İcbari sığorta
- Əmək haqqı: 800+
- Nahar şirkət tərəfindən təmin edilir
- İş vaxtı: 9.00 – 18.00
- İstirahət günləri: Həftə ərzində 1 dəfə.
Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Müdir müavini” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.